Serj Sarkisyan Dağlıq Qarabağ problemindən danışdı

Serj Sarkisyan Dağlıq Qarabağ problemindən danışdıErmənistan prezidenti Serj Sərkisyan "Armenia" telekanalına müsahibə verib.

BiG.AZ ölke.az-a istinadən xəbər verir ki, Sərkisyan müsahibəsində Dağlıq Qarabağ probleminə toxunub.

Həmişə olduğu kimi bu dəfə də erməni prezidenti sərsəm fikirlər səsləndirib. Əslində bu fikirləri diqqətlə oxuyanda Sərkisyan öz əməllərini ifşa edib.

Sərkisyanın fikrindən sitat: "Bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmaq olmaz. Danışıqlar atəşi xoşlamır".

Yaxşı, belədirsə, niyə hər dəfə danışıqlar başlayanda erməni tərəfi həyasızcasına atəşkəsi pozur? Sərkisyanın bu fikri erməni həyasızlığının bariz nümunəsidir.

Sərkisyan fikirlərinə belə davam edib: "Son iki il ərzində biz Vyana, Sankt-Peterburqda görüşlər keçirmişik, razılıqlar əldə edilib. Hazırda proses iki istiqamətdə davam edir. Birinci istiqamət, gərginliyi azaltmaqdır. Bu isə güvən atmosferinin yaranmasına səbəb olacaq".

Sərkisyanın bu fikri də cəfəngiyyatdır. Çünki danışıqlar zamanı atəşkəsi pozan, gərginliyi artıran da elə erməni tərəfidir. Bu fikirlə razılaşmayanlar son il ərzində baş verən prosesləri və xəbərləri izləsələr, kifayət edər.
"Mən dəfələrlə söyləmişəm, bir əl ilə danışıqlar aparmaq, digər ilə atəş açmaq mümkün deyil. Danışıqlar atəş xoşlamır. Belə şərtlərdə hər hansı bir razılaşma əldə etmək mümkün deyil"- Sərkisyan belə deyib.

Son cümlə ilə Sərkisyan xoruzun quyruğunu göstərir. Deməli, danışıqlar vaxtı atəşkəsi pozmaq, gərginlik yaratmaq danışıqlarda hər hansı bir razılıq əldə etməyə imkan vermir. Bu fikri ilə erməni prezidenti öz siyasətini ifşa edir. Danışıqlarda razılıq əldə etmək istəyən erməni tərəfi niyə hər dəfə atəşkəsi pozur?

Sərkisyanın sözlərinə görə, insan qurbanları faciədir. Bu isə danışıqlar prosesinə mənfi təsir edir: "Sakit atmosferdə hər sözü çəkmək, hər fikri dəyərləndirmək lazımdır ki, razılıq əldə edilsin".

Görəsən, bu fikirləri səsləndirən Sərkisyan Xocalı qətliamını, Fizulinin Alxanlı kəndinin sakini kiçik Zəhranın ölümünü, erməni atəşi nəticəsində həlak olan dinc azərbaycanlıları unudubmu?

Sərkisyan qeyd edib ki, problemin nizamlanması üçün təmas xəttində sülh hökm sürməlidir və heç bir qurban olmamalıdır.

Bu fikir də Sərkisyanın iç üzünü ifşa edir. Yenə də təkrar edirik, istər təmas xəttində, istər danışıqlar vaxtı atəşkəsin pozulmasına görə birbaşa cavabdehliyi Sərkisyan daşıyır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Selfie" çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı

"Selfie" çəkərkən qəzaların baş verdiyi ölkələrin siyahısı yayımlanıb. Məlum olub ki, ölənlərin əksəriyyəti Hindistandadır. Məlumata görə 2014-cü ildən bəri 49 ölkədə 399 nəfər "selfie" çəkməyə çalışarkən həyatını itirib. Onlardan 199 nəfəri hindistanlı, daha 29 nəfər isə amerikalıdır

17:04 198
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 311
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

10:43 247
.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

15:44 119
.

Reymen evlənir

Türkiyəli məşhur fenomen müğənni Reymen evlənir. BİG.az xəbər verir ki, o, sevgilisi Emire Cansu Kurtarana evlilik təklifi edib. Müğənni bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşıb

15:35 164
.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

12:59 327
.

"Formula-1" yarışları yenidən İstanbulda keçiriləcək

"Formula-1" yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib. Onun sözlərinə görə, tender prosesi ilə bağlı birinci mərhələ bitib və ərazi təslimi ilə bağlı ikinci mərhələ başlayıb. "Daha sonra 2026-cı ildən etibarə

15:23 192
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 376
.

Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl

15:48 119