Avtovağzaldakı vəziyyətə ETİRAZ: "Maşınların qarşısını zəncirlə kəsib, pul alırlar"
Əliməmməd Nuriyev: "Maşını saxlayıb, ödənişi edən şəxslərin problemi yarandıqda heç kim məsuliyyət daşımır. Bəs onda şəxs hansı xidmətə görə, pul ödəyir? Həmin pul ayrı-ayrı şəxslərin ciblərinə gedir".
"İnsanların sıx olduğu obyektlərdə maşınların daxil olması üçün necə gəldi ödənişlər tələb olunur. Əslində isə, vaxt qoyulmalı, sakinlər ona görə pul ödəməlidir".
BiG.AZ xəbər verir ki, bunu sherg.az-a "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, dövlətə məxsus müəssisələrin ərazisində belə ödənişlərin edilməsi heç nə ilə izah olunmur:
"Əgər bu ödənişlər varsa, tariflər müəyyənləşdirilməli, səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunmalıdır. Xidmət haqqından söhbət gedirsə, Tarif Şurasının qərarı olmalıdır. Digər tərəfdən isə Bakı Beynəlxalq Avtovağzalı kimi müəssisələrdə insanlar kimisə qarşılamağa keçirsə, maşını 15 dəqiqə içəridə saxladıqda ödəniş edə bilər. Qısamüddətli keçiddə isə əlavə ödəniş edilməməlidir. Avtovağzalda xidmət bərbad vəziyyətdədir. Maşını saxlayıb, ödənişi edən şəxslərin problemi yarandıqda heç kim məsuliyyət daşımır. Bəs onda şəxs hansı xidmətə görə, pul ödəyir? Həmin pul ayrı-ayrı şəxslərin ciblərinə gedir.
Həmin obyektlərdə taksi kimi fəaliyyət göstərən şəxslərdən isə pul alına bilər. Amma fiziki şəxslərdən bu pulun alınması heç bir normativ aktlara uyğun deyil. Vətəndaşların üzərinə əlavə yük şəklində bu ödənişi qoymaq olmaz".
Ə.Nuriyev vurğulayıb ki, konstitusiyaya görə, xidmət haqları və rüsumlar qanunla müəyyənləşdirilir:
"Bunların heç biri yoxdursa, niyə vətəndaşlar ödəniş edir? İnsanlar sadəcə konfliktə girmək istəmir, dərinə getmirlər. Amma bu məsələ məhkəməyə verilərsə, tənzimləmə mümkündür.
Sədərək və Binədə şlaqbaun var. Avtovağzalda heç o da yoxdur. Maşınların qarşısını zəncirlə kəsərək, pul alırlar. Heç bir xidmətdən, pulun nəyin müqabilində ödənilməsinin isə heç bir əsası yoxdur. Biabırçılıqdır".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 968 Tarix: 14 dekabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb
Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu
27.04.2024 32 Bakıda ev yanıb
Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz
27.04.2024 150 Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə BİG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində hərb
27.04.2024 247 TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"
Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb
27.04.2024 131 Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub
Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır
27.04.2024 60 Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub
Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanı
27.04.2024 159 İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə gör
27.04.2024 312 ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyi
27.04.2024 268 Xankəndidə silah və sursatlar aşkarlanıb
Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib
27.04.2024 123