Generalın bacısı oğlu vəkilindən imtina etdi

Generalın bacısı oğlu vəkilindən imtina etdiXüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədov dövlət hesabına ona verilmiş vəkildən imtina edib.

BiG.AZ Xeber.news-a istinadən xəbər verir ki, o, müqavilə əsasında yeni vəkil tutub. Bundan sonra onun hüquqlarını vəkil Vilayət Nadirov müdafiə edəcək.
V. Nadirov artıq Bakı İstintaq Təcridxanasında C. Səmədovla görüşüb.
C. Səmədovun hüquqlarını indiyədək vəkil Şöhrət Allahmanov müdafiə edirdi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinən C. Səmədov barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Qaçan məhbuslardan biri Əli Ağami həbs edilib, E. Məmmədov isə zərərsizləşdirilib.

Məhkumların qaçması ilə bağlı Penitensir Xidmətin qarovul rəisi Ceyhun Səmədov və bir neçə əməkdaş həbs olunub.
C. Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 956   Tarix: 12 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

27.04.2024 388
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

12:40 190
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 229
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

17:20 131
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

18:50 94
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 154
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

13:50 198
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27.04.2024 318
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

19:10 102