"Ermənistan İran üçün dost ölkədir" — İran parlamentinin sədri

"Ermənistan İran üçün dost ölkədir" — İran parlamentinin sədriİran parlamentinin sədri Əli Laricani İran-Ermənistan parlamentlərarası Dostluq Qrupunun Ermənistandan olan nümayəndə heyətilə görüş keçirib.

Məlumata görə, Əli Laricani dekabrın 11-də İranda bir qrup erməni deputatı qəbul edib. Görüş çərçivəsində erməni deputat Vaqram Baqdarasyan Əli Laricaniyə onları qəbul etdiyi üçün minnətdarlığını bildirib. Erməni deputat deyib ki, Ermənistan-İran münasibətləri daha da inkişaf edəcək.

"İstər enerji, istər, iqtisadi, istərsə də turizm sahəsində iki ölkə arasında əməkdaşlıq mövcuddur. Bundan sonra da, iki ölkə qardaş və dostluq münasibətlərini qoruyacaq", - deyə Vaqram Baqdarasyan bildirib.

İran parlamentinin sədri Əli Laricani də öz növbəsində erməni deputatları salamlayıb. O, bildirib ki, iki ölkə arasında dostluq münasibətləri həmişə davam edəcək.

"Ermənistan İran üçün dost ölkədir. İran həmişə Ermənistanla əməkdaşlıq etməyə hazırdır. İran dostluq əli uzatdığı ölkə ilə axıradək dostluq yolunu davam etdirir və bəzi ölkələr kimi qəfildən dəyişmir", - deyə Əli Laricani bildirib.
İranlı spiker görüş çərçivəsində Dağlıq Qarabağ probleminə də toxunub. O, bu münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd edib.

"Bir daha bildirmək istəyirəm ki, bizim üçün ən vacib məsələ regiondakı münaqişənin sülh yolu ilə həll edilməsidir. Çünki onsuzda regionda münaqişə ocaqları yetərincədir. Bu problemin də müharibəyə yol açmasına imkan vermək olmaz. Çünki müharibə heç bir tərəfə, ümumiyyətlə regiondakı ölkələrə xeyir gətirməz", - deyə Əli Laricani vurğulayıb.

Əli Laricani sonda dostluq qruplarını əməkdaşlığı və iqtisadi əlaqələri maksimum dərəcədə inkişaf etdirməyə çağırıb.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 599   Tarix: 12 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

12:31 185
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 295
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

20:45 64
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

15:40 556
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

17:52 185
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 539
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

11:58 125
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 238
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

12:43 327