Sumqayıtda dəhşətli qətl: uşaqlarının gözü qarşısında keçmiş həyat yoldaşını ÖLDÜRDÜ

Sumqayıtda dəhşətli qətl: uşaqlarının gözü qarşısında keçmiş həyat yoldaşını ÖLDÜRDÜArvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Ramil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Lent.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun icraatında araşdırılır.
İstintaqda müəyyən edilib ki, Ramil Şükürov 2003-cü ildə qeyri-rəsmi nikaha daxil olduğu Xəyalə Həsənovadan 2016-cı ildə ailə münaqişəsi zəminində ayrılıb. Birgə nikahdan onların 4 uşağı dünyaya gəlib.

Boşanan zaman Sumqayıt şəhər Məhkəməsində Ramil Şükürovdan hər uşağa 117 manat olmaqla 468 manat alimentin tutularaq Xəyalə Həsənovaya verilməsi ilə bağlı qətnamə qəbul edilib.
Xəyalə Həsənova alimenti tələb edəndə isə Ramil Şükürov qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Hadisə bu il iyunun 4-də baş verib. R. Şükürov avtomobili ilə gedərkən keçmiş həyat yoldaşını Sumqayıtda yerləşən "Ruzi" marketin yanında görüb və evə gedərək bıçaq götürüb.
O, Xəyalənin yaşadıqları Corat qəsəbəsinə gedəcəyini zənn edərək ondan qabaq mənzilin qarşısına gəlib. Xəyalə evə daxil olan zaman Ramil Şükürov qaynanası və 4 uşağının gözü qabağında keçmiş həyat yoldaşını xüsusi amansızlıqla, dəfələrlə bıçaq zərbəsi vuraraq öldürüb.

İstintaqda Ramil Şükürov ona qarşı verilən ittihamlar üzrə özünü təqsirli bilib.
O bildirib ki, Xəyalə ilə 2003-cü ildə iş zamanı mağazalarının birində rastlaşıb: "İşlə bağlı mağazaları gəzirdim. Birdən Xəyaləni gördüm, ondan xoşum gəldi. Bunu bir neçə gün sonra Xəyaləyə dedim. O da məni bəyəndi. Atam və anam ölmüşdü. Toy eləməyə imkanım yox idi. Xəyaləyə qaçmaq təklifini elədim. Razılaşdı. Onu qaçırdım. Bir müddət sonra isə öz qohumlarımı da Xəyalənin valideynlərinin yanına göndərdim. Barışıq elan edildi. Evliyimizdən 2 oğlumuz, 2 qızımız oldu. Özüm balıq işi ilə məşğul idim. Balıq tutub, aparıb onu satıb, ailəmi saxlamışam. Xoşbəxt, problemsiz ailəmiz olub. Arada məişət mövzusunda bir-iki problem olurdu. Xəyaləni mağazaya, uşaqların məktəbinə gedib gəlməyə qoymamışam. Sadəcə son illər işimin çoxluğundan hərdən buna şərait yaradırdım. Xəyalə evdar qadın olub, onu heç yerdə işləməyə qoymamışam".

Ramil Şükürov qeyd edib ki, bir dəfə evdə yatan zaman telefonu yoxa çıxıb: "Həmin gün işə çıxmamışdım. Evdə yatmışdım, bu vaxt qapının açılmasını eşitdim, yuxudan ayıldım. Telefona baxmaq istədim ki, görüm kimsə zəng edibmi? Telefonumu tapa bilmədim. Xəyaləni səslədim. Gördüm evdə yoxdur. Onda bildim ki, Xəyalə telefonumu götürüb. Evdən çölə çıxdım. Qonşunun telefonu ilə öz nömrəmə zəng elədim. Gördüm məşğuldadır. Təxminən 40-45 dəqiqə dayanmadan öz nömrəmə zəng elədim, baxdım yenə məşğuldadır. Uşaqları qonşudan çıxan gördüm. Onlara analarını tapmaqlarını dedim. Bir müddət sonra Xəyalə qonşuluqda yaşayan ailəli qızla evə gəldi. Qız bir az oturdu. Bu vaxtı Xəyalədən heç nə soruşmadım. Bir-iki saat keçdi, qonşu evə getdi. Onda Xəyaləni çağırdım. Ondan harada olduğunu və telefonumla kimlə danışdığımı soruşdum. Xəyalə mənə dedi ki, telefonla o yox, qonşunun qızı danışıb. Bu zaman özümdən çıxdım. Xəyaləyə dedim ki, gedib o qızdan soruşacam. O isə bunun ayıb olduğunu, qıza heç nə deməməyimi xahiş elədi".

Təqsirləndirilən şəxs istintaqda qeyd edib ki, həmin gün arvadını bərk döyüb: "İçim içimi yeyirdi. Nədənsə Xəyaləyə inanmağım gəlmirdi. Xəyaləni də götürüb, həmin qonşu qızgilə getdim. Qızdan mənim telefonumla danışıb, danışmağını soruşdum. Qız isə belə bir halın baş vermədiyini, mənim telefonumla heç kimlə danışmadığını dedi. Xəyaləni götürüb evə gəldim. Başladım onu döyməyə. Başına yumruqla zərbələr vurdum. Bir az keçdi, yenidən kimlə danışdığını soruşdum. Yenə inkar elədi, götürdüm qardaşı Ruslana zəng elədim. Ruslan evə gəldi. Məsələni ona nəql elədim. Ruslan telefonumu götürüb, həmin vaxtı hansı nömrələrə zəng getdiyinə baxdı. Bir nömrə tapdıq. Zəng elədik, həmin nömrəyə zəng çatmadı. Qardaşı ilə birlikdə "Bakcell"ə getdik. Orda bizə dedilər, nömrə işləkdir, sadəcə koda qoyulub. Evə qayıtdıq, Xəyaləni yenə döydüm. Bundan sonra onun atası Kamil gəldi. Qızını gördü. Mənə dedi ki, Xəyaləni həkimə aparacaq, müalicə etdirib, qaytarıb evə gətirəcək. İcazə verdim".
Ramil Şükürov bildirib ki, Xəyalənin ona xəyanət etməsini həzm edə bilməyib: "3-4 gün keçəndən sonra atasıgilə getdim. Qapını döydüm, açmadılar. Bir müddət sonra atası çölə çıxdı. Mənə qızı verməyəcəyini, bir də bu qapıya gəlməməyimi tapşırdı. Lakin mən Xəyalənin mənə etdiyi xəyanəti bağışlaya bilməzdim. Onu öldürmək istəyirdim, ona görə də Xəyalə ilə telefonla danışıb evə qayıtmasını istəyirdim. Məqsədim onu öldürmək olub. Lakin Xəyalə evə qayıtmadı. Öz-özlüyümə and içdim ki, Xəyaləni harada görsəm, öldürəcəm. Üstündən bir il keçdi, Xəyalə sanki onu öldürəcəyimi bilirdi, çölə çıxmırdı".

Keçmiş arvadını öldürən şəxs bildirib ki, bir gün ona Sumqayıt şəhər Məhkəməsindən zəng gəlib: "Həmin şəxs özünü məhkəmənin icra şöbəsinin əməkdaşı kimi təqdim elədi. Bildirdi ki, Xəyalə məni alimentlə bağlı məhkəməyə verib. Məhkəmə də aliment kimi aylıq 400 manatdan çox pul kəsib. İcraçıya dedim ki, imkanım yoxdur. O qədər məbləğdə pul verə bilməyəcəm. Əslində pulum da olsaydı, ödəmək kimi bir fikrim yox idi. Çünki Xəyaləni öldürmək niyyətimdən əl çəkməmişdim. Gecələr yuxularım qarışırdı, onun xəyanətini həzm edə bilmirdim. Onu harada görsəydim, öldürəcəkdim".

R. Şükürov qeyd edib ki, hadisə günü Corat qəsəbəsində keçmiş həyat yoldaşını görüb: "Maşınla keçirdim, Xəyalənin mağazaya girdiyini gördüm. Fikirləşdim ki, həmin gün gəlib çatıb. Tez evə gedib, mətbəx bıçağını götürdüm. Maşını tez sürüb, Xəyalənin atasının evinin qabağına gəldim. Uzaqdan gördüm ki, Xəyalə gəlir. Həmin vaxt gözümü qan bürümüşdü. Bu zaman Xəyalənin anası Elzanın səsini eşitdim. O, qızına "qorxma, qələt edir" dedi. Mən də "düz deyirsən, məndən niyə qorxasan ki?" dedim. Gözümü o qədər qan bürümüşdü ki, heç Elzanın üzünü görmürdüm. Ancaq qulağıma səsi gəlirdi. Xəyaləyə tərəf iri addımlarla getdim, şalvarımın dalından bıçağı çıxartdım. Bıçaqla ona dəfələrlə zərbələr vurdum. Lakin neçə dəfə vurduğumu, hansı yerindən vurduğumu xatırlamıram. Onu öldürdüyümə əmin də ola bilmədim. Çünki özümdə deyildim, oradan necə getdiyimi, haralarda olduğumu bilmirəm. Heç bilmirdim, Xəyalə ölüb, ya yox..."

Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı və Ramil Şükürovla aralarında uzun müddətdir mübahisənin olduğu ortaya çıxıb. Hadisəni törədən Ramil Şükürov özü könüllü olaraq polis idarəsinə gəlib və hər şeyi olduğu kimi etiraf edib.
Qeyd edək ki, qətl Sumqayıtda Corat qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini 35 yaşlı Ramil Şükürov keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 17 bıçaq zərbəsi vurub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1521   Tarix: 11 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

12:47 196
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

13:49 526
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

30.04.2024 1301
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

17:39 54
.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

12:39 74
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

16:16 138
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

12:48 613
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

17:52 41
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

17:51 83