Zaqatalada "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı - FOTOLAR

Zaqatalada "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı - FOTOLARÖlkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, əsaslı rekonstruksiya nəticəsində quraşdırılan avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə 30 faizə qədər qənaət olunacaq, müştərilərə yüksəksəviyyəli xidmət göstəriləcək.
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qovşaqda yaradılan şəraitlə tanış olub.

Sahəsi 2600 kvadratmetrdən çox olan dördmərtəbəli binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
İşçi personalının daha rahat işləməsi üçün bütün lazımi şərait yaradılıb. Qovşağın kompüter parkı yenilənib, tədbir və konfransların keçirilməsi üçün konfrans zalı istifadəyə verilib.
Qovşaqda fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzində əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyaları üzrə bilik və bacarıqları inkişaf etdirilir.

Eyni zamanda, qovşağın birinci mərtəbəsində "Şəbəkə" xidmət mərkəzi yaradılıb. Sahəsi 672 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bu məkanda təqdim ediləcək. Zaqatalalılar "Şəbəkə" xidmət mərkəzinə gəlməklə poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, "Elektron hökumət", "Elektron imza", valyuta mübadiləsi, poçtamt xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlərdən faydalana biləcək.

Mərkəzdə "E-Gov Pay" ödəmə sistemi də fəaliyyət göstərir. Bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Vətəndaşlar mərkəzdən, həmçinin, aviabiletlər də əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 19:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər və gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.

Ümumiyyətlə, 2017-ci ildə rayonda aparılan işlər nəticəsində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində və rayonun ucqar yaşayış məntəqəsi olan Qəbizdərə kəndində elektron ATS və internet avadanlığı quraşdırılaraq əhalinin istifadəsinə verilib.
Rayonun Aşağı Çardaxlar, Qazangül, Bəhmətli, Muxax, Uzunqazmalar, Yengiyan, Uzuntala, Qandax, Faldar və Yuxarı Çardaxlar kənd elektron ATS-lərində əlavə olaraq müxtəlif tutumlu internet avadanlıqları quraşdırılıb.

İl ərzində 51 elektron ATS-in sıradan çıxmış hissələri və daxili xətt şəbəkəsi yenidən təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb.
Görülən işlər nəticəsində xidmət keyfiyyəti yüksəlib, telefon xidməti abunəçilərinin sayı 450, internet abunəçilərinin sayı isə 1500 istifadəçi artıb.

Hazırda Zaqatala rayonu üzrə 23 min sabit telefon abunəçisi var ki, onların da 60 faizi internet abunəçisidir.

Zaqatalada "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı - FOTOLARZaqatalada "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 11 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862