Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLARBu gün gördüyümüz işlərin, yediyimiz qidaların, gündəlik həyatda istifadə etdiyimiz bir sıra əşyaların-geyimlərin, aksesuarların, məişət avadanlıqlarının, texnologiya məhsullarının və hətta müharibələrin belə hər birinin maraqlı tarixçəsi var.

BiG.AZ publika.az-a istinadən bəzi məhsulların maraqlı yaranma tarixini təqdim edir:

1. "Sezar" salatı - Əksəriyyətimizin sevimli seçimi olan məşhur "Sezar" salatının maraqlı tarixi var. Belə ki, 1924-ci il iyul ayının 4-ü Meksikada yerləşən restoranların birində güclü kef məclisləri keçirilirdi. Alkoqoldan yoxsulluq çəkməsələr də, qida ehtiyatı ilə bağlı ciddi problemlər yaşanırdı. Demək olar ki, qida ehtiyatı bitmişdi. Belə bir məqamda restoranın sahibi Sezar Kardinin ağlına maraqlı bir ideya gəlir. Əldə qalan məhsullarla elə bir qarışım hazırlamalı idi ki, onun dadını hələ heç kim bilməsin.
Restoranın mətbəxində kahı, buğda çörəyi, pendir, pomidor, zeytun yağı, sarımsaq, limon şirəsi və yumurta tapan Sezar aşpazlıq edərək dünyada ilk dəfə "Sezar" salatını hazırlayıb. Resept illər sonra müəyyən dəyişikliklərə uğrayaraq, günümüzə qədər gəlib çatıb. Restoranlarda təklif olunan həmin "Sezar" salatıdır ki, içərisinə hisə verilmiş toyuq və balıq əti də əlavə olunur.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR2. Çaxır və bənzəri içkilərlə dolu butulkalara taxılan tıxacın funksiyası içkinin qıcqırmasının qarşısını almaqdır. XVII əsrin ortalarında venedikli kahin Piyer Perinon kilsədə istehsal olunan çaxırların qıcqıraraq köpükləməsinin qarşısını almağın yollarını araşdırıb. İstehsal olunan şərablar iri çəlləklərə doldurulurdu və müəyyən müddətdən sonra keyfiyyətini itirirdi. Çaxırlarla dolu çəlləklərin yarıdan çoxunun faydasız hala düşdüyünü görən kahin çox fikirləşir və nəhayət maraqlı üsul tapır. O, istehsal olunan çaxırları iri çəlləklərə yox kiçik şüşə butulkalara dolduraraq ağızlarına taxta tıxaclar qoyur. Tıxaclar hava girişinin qarşısın alaraq içkilərin daha uzun müddət saxlanılmasına kömək edir.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR3. Cips - Təəccüblü olsa da, fast fud restoranlarında yediyimiz kartof cipslərinin yaranması prinsp məsələsinə dayanır. 1853-cü il avqust ayının 24-də Amerikada yerləşən "Moons Lake House" restoranının aşpazı Corc Kram daimi müştərilərindən biri üçün kartof cipsləri hazırlayır. Müştəri kartof cipslərinin iri formada doğranmasından məyus olaraq bu barədə Krama şikayət edir. Bu iradı qəbul edə bilməyən aşpaz qəzəblənir və kartofları kağız nazikliyində doğrayaraq qaynar yağda qızardır. Müştərilər incə-incə doğranmış kartof cipslərini bəyənirlər. Bundan sonra restoranın menyusuna " Saratoq Cipsi" adı altında daha bir növ əlavə olundu.
Baxmayaraq ki, bu cür yemək resepti kulinariya kitabına artıq 1817-ildə əlavə olunmuşdu, Corc Kramən kartof cipslərinin populyarlaşmasında əvəzsiz xidmətləri də danılmazdır.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR4. 1914-cü ildə Şahzadə Frans Ferdinandın qətli Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə oldu. Çox az adam bilirdi ki, şəhzadəyə sui-qəsd planlaşdırılır. Əksər cəhdlər boşa çıxsa da, təsadüfən bu dəfə şəhzadəni öldürmək planı baş tutur. İyulun 28-də Sarayevoya gələn şəhzadə şəhər yolunda sui-qəsdçilərdən birinin atdığı qumbaranın partlaması ilə yolunu dəyişib. Daha sonra partlayışda zərərçəkmişləri ziyarət etmək üçün gedən Ferdinanda marşrutun dəyişdirilməsi barədə məlumat verilmir. Marşurutun Frans İosif küçəsinə döndüyü yerdə kafenin yanında Birinci Dünya Müharibəsinin ilk atəşləri açılmışdı.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR5. 1945-ci ildə Persi Spenser Lebaron Amerikanın Raytheron şirkəti üçün radarlar üzərində 20 il çalışıb. Bir gün yüksək tezlikli dalğalar yayan qurğuların yanından keçəndə cibindəki şokoladın (digər ehtimala görə pendirli buterbrodun) əridiyini görüb. Yaxınlıqdakı mağazadan quru qarğıdalı alaraq qurğunun köməyilə popkorn hazırlayıb. İlk mikrodalğalı sobanın patenti 1945-ci il oktyabr ayının 8-də Radaranqe adı altında alınıb. 2 ildən sonra isə satışa daha təkminləşmiş sobalar buraxılıb. Eni 180 sm, çəkisi isə 340 kq olan sobaların qiyməti 5000 dollar olub.

Təsadüfi səhvlərin tarixə təsiri - MARAQLI FAKTLAR - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2347   Tarix: 10 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329