Azərbaycanda 1000-ə yaxın ailə istiliyə həsrət qalıb - RƏSMİ CAVAB

Azərbaycanda 1000-ə yaxın ailə istiliyə həsrət qalıb - RƏSMİ CAVAB"Abşeron rayon Pirəkəşkül qəsəbəsindən təxminən 1000 ailə 3 ildir ki, hava soyuyan soyuqdan donur. Bu problemlə bağlı aidiyyəti qurumlara müraciət ünvanlamışıq. Qurumların rəsmiləri problemi aradan qaldıracaqlarına söz verəndən sonra üç gün qazımız normal verilib, sonra eyni problem davam edib. Sayğaclarımız smart tiplidir, yəni problem borcla bağlı deyil. Amma təzyiqin daim aşağı olması, bəzi günlər isə ümumiyyətlə qazın verilməməsinin səbəbi bizə məlum deyil".
Bu sözləri yüzlərlə ailənin yaşadığı problemlə bağlı Publika.az-a müraciət edən Pirəkəşkül qəsəbəsinin sakini Elnur Balayev deyir.
E.Balayev bildirib ki, verilən qazın təzyiqi ilə evlərini isidə bilmirlər:
"Yaşayış məntəqəsi yeni salınıb və hamısı həyət evləridir. Evi isitmək üçün kombi sistemi qurulub, amma qazın təzyiqi o qədər aşağıdır ki, nəinki kombini, heç çay belə isitmək olmur. Evimizdə uşağımız, qocamız, xəstəmiz var. Şikayətimizi Abşeron rayon Qaz İdarəsi, Abşeron rayon İcra Hakimiyyətinə bildirmişik, dəfələrlə "Qaynar xətt"ə zəng etmişik. Sonuncu dəfə "185" nömrəsinə qazın təzyiqinin aşağı olması barədə müraciət etdim. Lakin müraciətdən sonra qaz tamamilə kəsildi. Aidiyyəti qurumların bizə sonuncu cavablarına görə onlara təzyiq aşağı verildiyindən yaşayış məntəqəsinə verilən təbii qazın təzyiqini artıra bilmirlər".
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev Publika.az-a açıqlamasında deyib ki, təbii qazın təzyiqi və digər problemləri yaşayanlar qurumun "Qaynar xətt" xidmətinə müraciət edə bilər.
"Müraciətlər elektron qaydada qeydiyyata alınır, aidiyyəti üzrə yönləndirilir. Əgər təbii qazın verilişində problem təzyiqlə bağlıdırsa, əməkdaşlarımız tənzimləmə işlərini aparır, texnoloji rejimə uyğun qaz təchizatı bərpa edilər. Sizə belə bir məktub ünvanlayanlar "Azəriqaz" İstehsalat Birliyinin Çağrı mərkəzinə müraciət edə bilərlər. Bizim əməkdaşlarımız tənzimləmə işləri aparar. Təcrübəmizdə təbii qazın verilişində uzun müddətli problem qeydə alınmayıb. Uzun müddətli problem yaşayan vətəndaşlar yazılı şəkildə müraciət etdikləri halda, araşdırılıb, yazılı şəkildə cavab veriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 823   Tarix: 08 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Azərbaycan HİMNİ bu dəfə ERMƏNİ KAFESİNDƏ səsləndi-VİDEO

Erməni kafesində Azərbaycan himni səslənib. Video sosial şəbəkələrdə yayılıb. Himnin səsləndiyini görən erməni qadın videonu söndürməyə çalışıb. həmin videonu təqdim edir:. AYTƏN

09.10.2020 2864
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606