"Arvadım hər dəfə bir "JEEP"lə gəlirdi..." - Biabırçı görüntüsü yayılan Anar Nağılbaz

"Arvadım hər dəfə bir "JEEP"lə gəlirdi..." - Biabırçı görüntüsü yayılan Anar NağılbazPorno videosu ilə mətbuatın gündəmininə çevrilən Anar Nağılbaz yeni sensassion açıqlamalar verib.

O, intim videosundan, sabiq yoldaşından və uşaqlarından yazıb. Repçi qeyd edib ki, son olaylardan sonra şəkər xəstəliyinə tutulub:

"Məni psixotrop maddələrlə zəhərləyib, zombi halına salıblar"

"İki ilə yaxındır ki, əsəbdən, stressdən depressiyadayam. Yüksək dərəcədə şəkər qazandiğım isə bu son günlərdə bəlli olub. Halbuki nəslimizdə şəkər xəstəsi olmayıb. O, dəfələrlə mənə "İntihar et, niyə yaşayırsan?" deyib. Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, "iPhone", maşın, şou-biznes sferasında yanımda görünmək... Hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya quramadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar. Praqadan sonra 6 ay yaşadığımız müdətdə əllərinə keçənləri toplamaqla yeni iftira kompromatlar yığmağa başladılar və bu 2 il ərzində davam elədi".

"6 ay içkiyə qurşandım... Pulsuzluqdan taksi sürücüsü işləyirdim"

Nağılbaz deyib ki, keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva onun evlənəcəyi xəbəri eşidib, hücuma keçib:

"Həmin 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə, özü də pis qurşandım. Amma yenə də atamın himayəsi və taksi sürücüsü kimi də arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki, tanımasınlar. Yeni ildə ayrildıq. Ev tələbləri, şantajlar bitmirdi... Hər gün gəlib dəyirdim, uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduqlarını nəzərə alaraq anasız da qoymamağa qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya daha bağlı olur. Bir söz də var, uşaqlar anadan yetim qalır. Olmadığım müddətdə uşağı dərsə aparıb gətirmək adıyla gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də cürbəcür xarici bahalı "JEEP"lərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez-tez uşaqlarımla görüşüb gəzintiyə aparir, istədiklərini alırdım. Aylıq xərcləri isə artıqlamadan da yuxarı ödənirdi. Artıq xasiyyətini bildiyimizdən əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi".

"Uşaqları əlində bayraq edib, psixikasını pozub"

A.Nağılbaz sosial durumunun olduqca pis olduğunu da xüsusi vurğulayıb:

"Son aylarda yaşlı ata-anamın və mənim səhhətimdə pisləşmələr oduğundan atam xahiş etdi ki, qızım, 2 ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy 2 ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın-bacın, valideynlərin sənə yardım etsin. Amma yenə də kirayə haqlari verilib və oğlum və qizım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayda 2 ay usaqlar yanımızda olublar. Məlum videodan bir qədər əvvəl də 4 gün yanımda qalıblar. Daha sonra evlənəcəyim və klip çəkilişinə göndəriləcəyimi eşidib yenə şantaja əl atdı və 2 gün sonra məlum video çıxdı. Elə düşünür ki, mən varlı ailədən evlənirəm və kliplər də çəkirəmsə pullanmışam. Mən, ayda tələbələrimnən iş birliyimdən elə olur heç nə qazanmıram, ancaq siqaretimə, yol puluma yetər, elə ay da olur nəsə qazananda sevincək qaçıb uşaqlarım üçün nəsə edirəm. Uşaqları əllərində bayraq edib, psixikasını pozublar".

"O, əməllərinə görə məhkəmədə cavab verəcək"

Repçi intim videosunu yayanları məhkəməyə verəcəyini də qeyd edib:

"Hər bir şeyin cavabı məhkəmədə həllini tapacaq inşallah. Bu videonu kimlərin və necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə deməli, başqa işlər də edə bilərlər".

mənbə: cebhe.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8301   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

04.05.2024 609
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 700
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1833
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 265
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 649
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 345
.

Məşhur azərbaycanlı aktrisa ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Aktrisa Zarina Qurbanova rəqsi ilə gündəm olub. xəbər verir ki, komedixananın aktrisasının istirahət vaxtı çəkilən videosu maraqla qarşılanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

00:25 93
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında fotosunu paylaşıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

04.05.2024 2027
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

00:29 122