Başqası ilə qaçan arvadını geri çağırmaq... – Ekspert

Başqası ilə qaçan arvadını geri çağırmaq... – EkspertBir kişinin efirdən başqa kişiyə qoşulub qaçan arvadına səslənərək, geri qayıtmasını xahiş etməsi rüsvayçılıqdır. Bu, cəmiyyətdə kütləvi şəkildə əxlaqi aşınmanın göstəricisidir.

Bu sözləri axar.az-a media eksperti Qulu Məhərrəmli Bayılda dul qadının ərə getdikdən sonra başqa kişi ilə qaçması və bu kimi halların ciddi media qurumlarında xəbərə çevrilməsinə münasibət bildirərkən deyib.
Q.Məhərrəmli bildirib ki, insan yalnız abrını itirəndə, ölçülərini pozanda bu cür vəziyyətlərə çox həvəslə razılaşır:
"Ailə problemi və ailə münasibətləri barədə danışmaq olar, ancaq bu səviyyədə abırsızcasına mediaya çıxarıb, müzakirə etmək rüsvayçılıqdır. Heç bir şəxsi məsələ, şəxsi münasibət, şəxsi problem mediada müzakirə edilməməlidir.
Bu, xüsusilə özəl televiziyaların ortaya qoyduğu arzuolunmayan nümunələrdir, situasiyalardır. Bu gün kanallar bundan pul qazanmağa çalışırlar. Belə xəbərlərə üstünlük verən media isə ucuz oxucu toplayır. Özünə hörmət edən media qurumu bununla məşğul olmalı deyil".
Q.Məhərrəmlinin sözlərin görə, ailəsini mediada müzakirə edən və mediaya çıxaran insanların Azərbaycanın ailə institutuna dəxli yoxdur. O nümunlər təsadüfi qurulmuş ailələrdir:
"Təsüdüfi alələr, bünövrəsi olmayan münasibətlər var. Onları Azərbaycan ailəsi kimi qələmə vermək düzgün deyil. Heç bir ciddi ailələrin bazasında belə nümanələr olmur".
Qadını tərəfdən xəyanətə uğrayan kişinin bunu açıq və aydın şəkildə, utanmadan dilinə gətirib asanlıqla danışması, psixoloq Elnur Rüstəmovun fikrincə, şəxsin düşdüyü vəziyyətə normal yanaşmasından irəli gəlir:
"Uşaqlarını, ailəsini atıb başqa kişiylə qaçan qadın üçün həyat yoldaşının "qayıt gəl, hər bir şeylə səni qəbul edirəm" deməsi, bunu efirdə, mətbuatda asanlıqla dilinə gətirməsi müasir dövrün ən böyük problemi və bəlasıdır. Bir neçə il öncə başqa ölkədə belə bir hal yaşananda biz təəccüblə yanaşırdıqsa, bu gün bizim ölkədə yaşanır bu hadisələr. Hazırda dünyada bu proses gedir və bütün dünyada problemə çevrilib".
E.Rüstəmovun fikrincə, buna qarşı milli mənəvi dəyərlərin qabardılması, təbliğat və maarifləndirmə işlərinin aparılması vacibdir. Ailə dəyərləri önə çıxarılmalı, nümunəvi ailələr təbliğ olunmalıdır:
"Efirdə, mediada nümunəvi ailələr yox, qeyri-nümunəvilər çox nümayiş olunduqca, arvadı qaçan kişilərin də sayı artacaq. Yəni artıq əvvəlki kimi utanmırlar, özündən əvvəlkindən güc alıb o da problemini efirdə həll edir. Bununla da qeyri-nümunəvi ailələrin təbliğatı gedir. Bu, əlbəttə, bütün Azərbaycan demək deyil. Biz bunu qloballaşan dünyanın problemi kimi qəbul edirik. Bundan qorunmaq çətindir, ancaq mümkündür - nümunəvi ailələrin təbliği ilə".
Psixoloqun fikrincə, bu ailə institutunun məhvi demək deyil, ailə institutunun daralması deməkdir.
Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, xalqın ən böyük problemi mənəviyyatla bağlı məsələlərdir. Onun fikrincə, artıq həyəcan təbili çalmaq lazımdır:
"İndi mənəvi dəyərləri dağıtmaq istəyənlərin təbliğatı çoxalıb. Sosial şəbəkələr ailə üçün əslində ilan zəhəri kimi bir şeydir: düzgün istifadə edəndə dərmandır, etməyəndə zəhərdir.
Həmçinin teleseriallar da ailə münasibətlərinə təsir edir. Gənc ailələr serial ailələrindən nümunlər götürürlər. Bu cür hallar ailədaxili problemə və sonra problemin efirdə müzakirə olunmasına səbəb olur. Belə məsələlərə qarşı çox ciddi mübarizə aparmaq lazımdır. Gün ərzində buna oxşar çox məsələlərin şahidi oluruq. Məsələn, ailə zəminində qətl, qardaşı qızını götürüb qaçmaq və s. Bunların hamısı dəhşətli hadisədir və efirə yol tapmamalıdır".
Qeyd edək ki, dünən mətbuatda Şahnaz Cavadova adlı ailəli qadının başqa bir şəxslə qaçması haqqında informasiya yayılmışdı. Cavadovanın həyat yoldaşı Elçin Məmmədov sonradan mətbuata açıqlama verərək, arvadını geri qaytarmaq istədiyini, bu zaman Cavadovanın birgə qaçdığı şəxsin onu zəng edərək təhdid etdiyini bildirmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1959   Tarix: 03 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 654
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

29.04.2024 336
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 498
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

29.04.2024 229
.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

29.04.2024 198
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 272
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 379
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29.04.2024 668
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

29.04.2024 356