Dünya ölkələri Xocalı faciəsini yad edir

Dünya ölkələri Xocalı faciəsini yad edirXocalı qurbanları tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müxtəlif tədbirlərlə anılıb. Ötən illərlə müqayisədə bu il anım tədbirlərinin sayı artıb, coğrafiyası isə genişlənib. Hətta Fransa parlamentində Xocalı soyqırımı müzakirə edilib. Rusiyada isə soyqırımla bağlı aksiya keçirilməsinə icazə verilməyib.

Türkiyənin Bursa şəhərində Xocalı soyqırmının 20-ci ildönümü ilə bağlı yürüş keçirilib. Əllərində Türkiyə və Azərbaycan bayrağı daşıyan aksiyaçılar erməni vəhşiylinə etiraz olaraq şüarlar səsləndiriblər. Şəhərin ən böyük məscidlərindən birinə Xocalı şəhidlərinin adının verilməsi üçün imza toplanıb.

Türkiyədə məscidlərdə Xocalı soyqırımının qurbanları anılıb, onların ruhuna xütbələr oxunub. Qars, Sivas kimi şəhərlərdə Xocalı ilə bağlı film nümayiş etdirilib. Paytaxt Ankarada Xocalı qurbanlarının xatirəsinə salınan parkın təməli qoyulub.

İstanbulda keçirilən konfransda isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına müraciəti oxunub. Azərbaycan xalqına başsağlığı verilib. Müraciətdə daha sonra deyilir ki, Xocalıda günahsız insanların öldürülməsi həqiqətən də böyük faciədir: "Bu bütün türk dünyasının ortaq dərdidir. Tarixdə bir daha belə soyqırım təkrarlanmayacaq".

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Vaşinqtonda və Kaliforniya ştatında Ermənistan səfirliyi qarşısında piket keçirilib. Kanadada da Ermənistan səfirliyinin və Kanada parlamentinin qarşısında etiraz aksiyaları təşil edilib. Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal, metro stansiyaları və avtobus dayanacaqlarına üzərində Xocalı faciəsi ilə bağlı məlumatlar yerləşdirilmiş poster və bannerler yapışdırılır.

Moskvada isə Azərbaycan diasporuna Ermənistan səfirliyi qarşısında aksiya keçirməyə icazə verilməyib. Moskva meriyası aksiyanın qanuna uyğun olmadığını bildirib. Fransa Senatının sessiyasında isə Xocalı soyqırımı məsələsi qaldırılıb.

Xocalı soyqrımının 20-ci ildönümü ilə bağlı Qırğızıstan, Hollandiya və Almaniyada da sərgilər keçirilib. Hollandiyada Vahid Mustafayevin Qarabağ müharibəsinə həsr olunan "Yaddaş" filmi nümayiş olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1906   Tarix: 26 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789