Baş Prokurorluqdan 17 yaşlı oğulun öldürülməsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan 17 yaşlı oğulun öldürülməsi ilə bağlı AÇIQLAMABaş Prokurorluq Qusar sakininin ölümü ilə bağlı məlumat yayıb.

BiG.AZ xəbər verir ki, Prokurorluqdan Sonxeber.az-a bildirilib ki,Bəzi kütləvi informasiya vasitələrində Qusar rayonunun Hil kənd sakini, 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun guya ögey anası tərəfindən döyülərək aldığı xəsarətlərdən Qusar rayon xəstəxanasında vəfat etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur: "Bununla əlaqədar bildiririk ki, N.Daşdəmirov 2 oktyabr 2017-ci il tarixdə ağır vəziyyətdə "ağ ciyərlərin infiltrativ vərəmi, tənəffüs çatmamazlığı" diaqnozu ilə Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna daxil olmuş və xəstəyə müvafiq tibbi yardımların göstərilməsinə baxmayaraq 3 oktyabr 2017-ci il tarixdə orada vəfat edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda tam, hərtərəfli və obyektiv araşdırma aparılıb, zəruri prosesual hərəkətlər yerinə yetirilib, o cümlədən məhkəmə-tibbi ekspertizası təyin edilib.

Ekspertizanın rəyi ilə müəyyən edilib ki, N.Daşdəmirovun meyiti üzərində hər hansı bir xəsarət aşkar edilməyib, onun ölümünə səbəb ağciyərlərin iki tərəfli virus mənşəli fəsadlaşmış, irinli hemorragik pnevmoniyası ilə əlaqədar baş vermiş kəskin tənəffüs çatmamazlığı olub.

Mərhumun ölümü ilə bağlı cinayət hadisəsi olmadığına görə rayon prokurorluğunda 3 noyabr 2017-ci il tarixdə cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında qərar qəbul edilib.

Həmçinin, N.Daşdəmirovun ögey anası tərəfindən döyülməsi ilə bağlı məlumatların araşdırılması üçün material ərazi aidiyyəti üzrə Qusar rayon prokurorluğuna göndərilmiş və hazırda həmin hissə ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılır.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1093   Tarix: 01 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 385
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 177
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 210
.

Qadının telefon şifrəsini həyat yoldaşı bilməlidirmi?

Azərbaycanda kişi həyat yoldaşını telefonun gizli şifrəsini ona vermədiyi üçün döyüb. Qaynarinfo xəbər verir ki, hadisə bu il fevral ayında Abşeron rayonunda baş verib. İşlə bağlı məhkəmə prosesində kişi məsuliyyətdən azad edilib. Bəs, qadının telefonun şifrəsini həyat yoldaşı bilməlidirmir? . "Təmi

12:03 244
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 226
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 491
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

11:23 399
.

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub. BİG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib. Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib. Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundak

10:10 155
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

12:33 341