Nardaran sakinləri hərbi xidmətdən yayınırdılar - Polis rəisi

Nardaran sakinləri hərbi xidmətdən yayınırdılar - Polis rəisiNə qədər acı olsa da, etiraf etməliyik ki, Nardaranda uzun illər qayda-qanun olmayıb. Bu qəsəbənin sakinləri uzun illər dövlət qanunlarına hörmətsizlik nümayiş etdiriblər.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsinin rəisi, Nardaran əməliyyatının iştirakçısı, polis polkovniki Eldar İlyasov deyib.

O bildirib ki, hələ müstəqillik illərindən əvvəl Nardaranda sovet qanunları belə işləmirdi:

"O zamanlar da Nardaran sakinləri hökuməti tanımırdı və qəsəbə "dədə-baba" qanunları ilə idarə olunurdu. Vətəndaşlar bu qəsəbədə qanunla, icra hakimiyyətinin müvafiq sərəncamı ilə onlara verilmiş torpaqlarda ev tikə bilmirdilər.

Bir qrup qəsəbə sakini həmin vətəndaşı açıq-aşkar hədələyirdi, ölümlə təhdid edirdi. Deyirdilər ki, bura bizim dədə-baba torpaqlarımızdı, burda ev tikə bilməzsən, əgər tikəcəksənsə, o evi yandıracağıq.

Təbii ki, bütün bunlar dövlətimizin nəzarətində idi. Qəsəbə sakinləri ilə daim profilaktiki söhbətlər aparılırdı, onlara ölkənin qanunları izah edilirdi, bir sözlə, qəsəbədə nizam-intizam yaratmağa çalışırdıq. Təəssüflər olsun ki, qəsəbə sakinləri dövlət qanunları ilə hərəkət etmək istəmirdilər. Onlar başa düşmürdülər ki, Azərbaycanın dövlətinin qanunları var və bu qanunları heç kim poza bilməz".

Polis rəisi bildirib ki, 2015-ci ilədək Nardaranda təhsil yox səviyyəsində idi.

"Nardaranlılar hər zaman uşaqlarının təhsil almasının əleyhinə olublar. Onlar qız uşaqlarını ümumiyyətlə dərsə göndərmirdilər. Valideynlər azyaşlı uşaqlarını dini mərasimlərə aparırdı, lakin məktəbdə təhsil almağa göndərmirdilər. Bu gün isə vəziyyət tamam dəyişib. Polis Nardaranda yalnız təhlükəsizlik işləri ilə məşğul olmur. Polis həm də təhsildən yayınan uşaqların ailələri ilə maraqlanır. Uşaqların məktəbə getməsi üçün valideynlərlə danışıqlar aparır. Hətta elə valideynlər olub ki, bəhanə ediblər ki, paltarı olmadığı üçün uşağını məktəbə göndərə bilmirlər. Polis həmin uşaqların geyimini təmin edib. Baxırsan ki, yenə o valideynlər uşaqlarının təhsil almasını istəmirlər. Aparılan təbliğat işləri nəticəsində 2016-cı ildə təhsildən yayınan əksəriyyəti qız uşağı olmaqla 55 nəfərin hamısı yenidən məktəbə qaytarılıb. 2017-ci ildə isə təhsildən yayınan 23 nəfərdən 20-si məktəbə qaytarılıb. Qalan 3 nəfər isə yaşayış yerini dəyişdirdiyi üçün başqa məktəblərə gedib. Bu gün Nardaran məktəbində davamiyyətə 100 % əməl olunur.

Onu da qeyd etməliyəm ki, əvvəlki illərdə Nardaran sakinləri hərbi xidmətdən yayınırdılar. Bu qəsəbədə gənclərin heç biri əsgər getmirdi. Həyata keçirilən tədbirlərlə 2016-cı ildə hərbi çağırışdan yayınan 765 nəfərdən 761 nəfərinin hərbi xidmətdə iştirakı təmin olunub. Bu il isə çağırışdan yayınan 660 nəfərdən 620-nin hərbi xidmətə getməsi təmin edilib. Qalanları müxtəlif səbəblərə görə hərbi xidmətə düşməyənlərdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1803   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 146
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 462
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

14:57 128
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 227
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 97
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 793
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

11:10 461