Binəqədidə yataqxanada 25 ailə çıxılmaz vəziyyətdədir

Binəqədidə yataqxanada 25 ailə çıxılmaz vəziyyətdədirPaytaxtın Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi 150 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasında məskunlaşan 25 köçkün ailəsi iki aydan çoxdur ki, tualet problemini həll edə bilmirlər.

BiG.AZ xəbər verir ki, qafqazinfo-ya müraciət edən məcburi köçkün Bayram Hacıyev 25 ildən çoxdur həmin binada yaşadıqlarını deyib: "Burada onkoloji xəstə, birinci qrup əlil, xəstə uşaqlar var. Hər mərtəbədə cəmi bir tualet var, onun da kanalizasiya xətti işləmir. Yuxarı mərtəbələrin tualetindəkilər bizim tualetdə çölə çıxır. İndi qapını bağlamışıq ki, heç olmasa dəhlizə tökülməsin. Biabırçılıqdır, tullantılar artıq virus yaymağa başlayıb.

Hamam otağı da pis vəziyyətdədir, onun da təmirə ehtiyacı var. Hər bazar günü vedrədə su isidib evdə ləyəndə yuyunuruq. Bura gələndə mənim 12 yaşım var idi, indi oğlumun 16 yaşı var. Mənim yanımda vannanın içində oturub çimir. Atam məni vannada çimizdirdi, bu yaşa gətirdi, indi də mən oğlumu vannada çimizdirə-çimizdirə böyüdürəm. Gör vəziyyət nə yerdədir ki, tualetə görə rəsmi ərizə yazırıq.

Binəqədi rayon İcra Hakimiyyətinə və "QaçqınKom"a müraciət etdik, cavab verildi ki, tualeti düzəltməyə pul yoxdur".

Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov bildirib ki, həmin bina onların balansında deyil: "Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarında qeyd edilib ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binaların saxlanılması, təmiri və bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 636   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 293
.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 269
.

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib

19:20 0
.

Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanı

17:30 0
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 229
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

14:38 69
.

SAXAL-ın hücumu nəticəsində "Hizbullah"ın aparıcı fiqurlarından biri ölüb

İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində "Hizbullah"ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan və "Sacid" ləqəbi ilə fəaliyyət göstərən şeyx Fərəcullah Hammud ölüb. "Hizbullah" məlumatı təsdiqləyib. Həmçinin məlu

15:50 0
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 1289
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 388