Ermənistan müharibəyə hazırlaşır — EKSPERTLƏRDƏN AÇIQLAMALAR

Ermənistan müharibəyə hazırlaşır — EKSPERTLƏRDƏN AÇIQLAMALARErmənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti təlimlər keçir. Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11 radələrində başlayıb. Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrində eşidilir.

Ermənilərin bu təlimi regionda vəziyyəti daha da ağırlaşdıra və müharibə ehtimalını birə min artıra bilər. Bu barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan polkovnik Həsən Əmirov "Ölkə.Az"a açıqlamasında bildirib. Onun sözlərinə görə, ermənilərin əsas məqsədi Azərbaycanı müharibəyə çəkməkdir.

"Ermənilərin arxayın olduqları qüvvələr var. Onları dəstəkləyən lobbi var. Bizim isə məqsədimi torpaqları sülh yolu ilə qaytarmaqdır. Haqq, ədalət bizimdir. Əgər ermənilər bizim üçün çıxış yolu qoymasalar, o zaman münasibətlər müharibə yolu ilə aydınlıq gətiriləcək. Torpaqlar bizimdir və müharibə yolu ilə də olsa, ərazilərimiz mütləq geri qaytarılacaq. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycanın güclü və qüdrətli ordusu var. İstənilən vaxt torpaqlarımızı işğaqldan azad edə bilərik. Lakin ermənilərin arxasında ABŞ, Fransa, Rusiya kimi güclü dövlətlər dayanıb. Bu səbəbdən də, Azərbaycanın müharibəyə girişib, özünü pis vəziyyətə qoyması da yaxşı hal deyil. Bunun üçün əlverişli şərait lazımdır. Ali Baş Komandanın əmrinə daima hazırıq. Torpaqlarımız hansı yolla olursa-olsun mütləq qaytarılacaq", - deyə Həsən Əmirov bildirib.

Azərbaycanlı siyasətçilər isə məsələyə birmənalı yanaşmırlar. Politoloq Eldar Namazov "Ölkə.Az"a açıqlamasında bildirib ki, ermənilər həmişə belə təxribatçı tədbirlərə əl atırlar. Onun sözlərinə görə, Azərbaycan Ordusu da öz növbəsində geniş miqyaslı tədbirlər keçirir və lazımı hazırlıqlar görür.

"Dağlıq Qarabağ münaqişəsilə bağlı gedən danışıqların heç bir nəticəsi yoxdur və bu səbəbdən də, bu bölgədə müharibə ehtimalı günü-gündən artır. Ermənilərin özləri də etiraf edirlər ki, Azərbaycan ordusu ermənilərinkindən qat-qat güclüdür. Əgər müharibə başlasa, Azərbaycan ordusu öz torpaqlarını azad etməyə qadirdi. Ona görə də, ermənilərin tez-tez belə təlimlər keçirtməsi daxili auditoriyaya yönəlib. Ermənistan hökuməti əhaliyə mesaj verir ki, narahat olmasınlar. Bununla belə, artıq erməni xalqı hakimiyyətə inanmır. Çünki aprel döyüşləri bu inamı tamam məhv etdi. Həmin döyüşlərdə bir daha sübut oldu ki, Azərbaycan ordusu daha güclüdür və istənilən an torpaqları azad etməyə qadirdi. Erməni cəmiyyəti gözəl anlayır ki, bizim ordu torpaqları azad etməyə qadirdi", - deyə Eldar Namazov bildirib.

Politoloq Razi Nurullayev isə "Ölkə.Az"a açıqlamasında bildirib ki, ermənilər müharibə tərəfdarıdır. Onun sözlərinə görə, düşmən heç vaxt torpaqları xoşluqla qaytarmayacaq.

"Ermənilər torpaqları işğal edib və istənilən formada da, həmin ərazilərdən istifadə edə bilər. İstənilən halda ərazilər onların əlindədir. Ermənilər təlim keçərək güclərini nümayiş etdirirlər. Onların bu təlim keçirtməkdə əsas məqsədləri bir daha işğal etdikləri ərazilərdən heç vaxt çıxmayacaqlarını göstərməkdir. Ermənistanın bir məqsədi var. Onlar torpaqları qaytarmaq istəmir və xoşluqla da qaytarmayacaqlar. Buna cavab olaraq Azərbaycan ermənilərə müharibə mesajı verməlidir. Ermənilər hazırkı mövqeylərini qorumaq və tədricən Qarabağ məsələsinin unudulmasını istəyirlər", - deyə Razi Nurullayev qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2433   Tarix: 30 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

21:00 140
.

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib. xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiy

10:52 156
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

14:38 708
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

15:06 470
.

189819 hərfdən ibarət sözün mənası nədir?

İngilis dilində 189819 hərfdən ibarət söz olduğunu bilirdinizmi?. -ın xarici mediaya istinadən xəbərinə görə, bu söz "metionil." ilə başlayıb, ".izolösin" ilə bitir. Bu sözün tələffüzü 3 saata qədər vaxt aparır. Bu nəhəng söz 34 mindən çox amin turşusundan ibarət olan və onların siyahısın

12:57 336
.

İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə gör

15:13 312
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

14:16 377
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

20:10 263
.

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakını

15:20 173