Ermənilər Bakıya gəlməkdən qorxurlar, 43 ölkədən 25-i isə müğənnisini seçib

Ermənilər Bakıya gəlməkdən qorxurlar, 43 ölkədən 25-i isə müğənnisini seçib"Eurovision 2012"-də iştirak edəcək 43 ölkədən 25-i artıq təmsilçisini seçib. Modern.az saytı xəbər verir ki, bu ölkələrdən 19-u təmsilçisi ilə yanaşı, müsabiqədəki mahnısını da müəyyənləşdirib. Təmsilçisini və Bakı səhnəsində ifa olunacaq mahnısını seçən ölkələr sırasında Albaniya, Kipr, Danimarka, Macarıstan, İslandiya, İsrail, Latviya, Monteneqro, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Gürcüstan, Malta, Norveç, Türkiyə, Ukrayna, Almaniya və Fransa var. Yalnız təmsilçilərini müəyyənləşdirən ölkələr isə Azərbaycan, Belarus, Serbiya, İtaliya, İspaniya və Belçikadır.

Bir neçə ölkə fevralın sonlarında və mart ayında öz təmsilçini, eləcə də "Eurovision-2012" mahnısını seçəcəklərini açıqlayıb.

Avstriya və İrlandiya fevralın 24-də, Finlandiya 25-də Niderland, Sloveniya fevralın 26-da, Bolqarıstan, Makedoniya isə fevralın 29-da təmsilçilərini müəyyən edəcək.

Martın 1-də Slovakiya, 3-də Estoniya, İspaniya, Litva, martın 7-də Rusiya, 10-da İsveç, Portuqaliya, Moldova, Rumıniya "Eurovision-2012" təmsilçi və mahnısının seçimi üçün Milli Final konserti keçirəcəklərini açıqlayıblar.

Ermənistanın isə 20-dən çox müğənnisi bu ilin may ayında Bakıda keçiriləcək mahnı yarışmasında iştirakdan imtinaya çağıran bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, onlar Bakıda keçiriləcək beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edirlər:

"Azərbaycan erməninin qanını axıtmaq üçün istənilən vasitədən istifadə edəcək. Açıq şəkildə bəyan edirik ki, Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirakla bağlı bizə ciddi təhlükə var. Biz erməniləri kütləvi surətdə çapıb-talayan ölkədə mahnı oxumaqdan imtina edirik".

Bəyanat müəllifləri Ermənistanın İctimai Televiziyasını "Eurovision-2012"yə iştirakçısı göndərməkdən imtina etməyə çağırıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3327   Tarix: 25 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18.05.2024 269
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:. "Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır

18.05.2024 581
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341