Yuxuda "vergi" verilən Lerik sakini danışdı: Bu sirri ilk dəfə açıram - FOTO

Yuxuda "vergi" verilən Lerik sakini danışdı: Bu sirri ilk dəfə açıram - FOTO"Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Dahi Nizami Gəncəvinin bu misrası sənət və sənətkar barədə deyilən ən mükəmməl ifadədir. Həqiqətən də, öz sənətini mükəmməl bilmək insanı hər yerdə başıuca edir.

Bir çox sənətkarlar öz sənətlərini irsi olaraq davam etdirirlər. Ən çox da sənət atadan övlada ötürülür. Bəzən elələri olur ki, ona irsən ötürülən sənəti sevir, inkişaf etdirir və atasından da önə keçir. Lerik rayonunun Sivəkəran kənd sakini Qurban Fərziyevə isə sənəti heç kim öyrətməyib. 1970-ci il təvəllüdü usta Qurbanın başqa ixtisası olsa da, fərqli sənət seçib.

Qurban Fərziyevi tapmaq çətin olmadı. O, hazırda rayon ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində çalışır. Gördüyü iş adamı heyran edir.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, usta ixtisasca reklam tərtibatçısıdır.

"Bakı Şəhər 84 saylı Texniki-Peşə Məktəbini bitirmişəm. Amma ixtisasım üzrə çalışa bilmədim. 14 il işsiz qaldım. Yəni, bitirdiyim ixtisas üzrə işləmədim, fəhləliklə dolanırdım. Hazırkı sənəti mənə heç kim öyrətməyib. Bildiyim qədər, bu sənəti məndən başqa işləyən də yoxdur. Dekorativ işlər görürlər, amma mənim sənətim fərqlidir" - o deyir.

"Bir dəfə yuxuda yaşlı bir kişi öz sənətini mənə ötürdü. Təxmini yadımda qalanı odur ki, geyimindən XII-XIII əsrdə yaşayanlara oxşayırdı. Bəlkə də ulu babalarımdan biri idi. Eşitmişəm ki, nəsildə güclü sənətkar olarsa, 100 ildən bir yenə həmin nəsildə o cür sənətkar yaranır" - usta əlavə edir.

Həmsöhbətimiz bildirir ki, bizə açdığı bu sirri indiyədək kimsəyə deməyib: "Bu yuxunu indiyədək heç kimə danışmamışam. Qorxmuşam ki, yanlış anlayarlar, ya da mənə lağ edərlər. Amma bu, faktdır. Həmin qoca bu sənətlə yanaşı, başqa sənətləri də öyrətdi mənə. Bunların arasında loğmanlıq da var. Arada loğmanlıq da edirdim, amma sonra yalnız bu sənətin ardınca gedib, onu davam etdirdim".

Q. Fərzəliyev hazırda yaşatdığı peşəyə 2003-cü ildə gəlib: "Əlikram müəllim adlı bir şəxs öz ixtisasım üzrə rayonumuzda yerləşən istirahət mərkəzlərinin birində işləməyi təklif etdi və mən də qəbul etdim. Burada işləyə-işləyə öz sənətimi də yavaş-yavaş tətbiq etməyə başladım. Daha sonra Zuvand kəndidə yerləşən başqa bir istirahət mərkəzindən təklif aldım və orada işlədim. Orada hörmə üsulu ilə kiçik çay daşlarından hissə-hissə böyük bir şəlalə düzəltdim. Şəlalənin üzərində caynağında ilan tutan qartal əks olunub. İlanın ağzından isə su axır".

Müsahibimizin dediyinə görə, qəlib quraraq tökmə iş görə bilmir: "Bacarmıram yox, etmirəm. Bəlkə, istəsəm, edərəm. Amma mən onu etsəm, işimdən zövq almaram. Ona görə də, bütün işlərimi maket üzərində işləyirəm. Maket qururam, sement və ya başqa hörgü-tikinti materiallarından istifadə edərək işləyirəm. Hazırda su pərisi və onun mağarası üzərində çalışıram. Bunu balıqqulağı düzməklə işləyirəm".

"Gördüyünüz kimi, su pərisinin heykəli və onun yanında Dəniz Allahı Poseydonun heykəli var. Hələ tam hazır deyil. Çünki bunun işləməsi həm çox vaxt tələb edir, həm də xammal bitmək üzrədir. Xammalı, yəni balıqqulağını isə Astaradan gətiririk. Onu gətirəndə, kisəyə doldurub gətiririk. Kisənin içinə doldurulan bütün balıqqulağılar da bütöv qalmır. Sınanları çox olur. Ona görə də, balıqqulağı seçmək, onu bir-bir rənginə və ölçüsünə görə düzmək vaxt aparır. Onu da deyim ki, balıqqulağı ilə işləmək həddən artıq çox səbr tələb edir" - usta vurğulayır.

Deyir ki, hər bir işə fərqli vaxt sərf edir. O, bəzi işlərin tez başa gəldiyini, digərlərinin isə uzun müddət tələb etdiyini qeyd edir: "Vaxt deyəndə ki, kiçik iş olsa və balıqqulağı ilə işləsəm, ən azı bir həftə vaxt lazım olacaq. Çünki onu gərək elə düzəsən ki, sıralaması pozulmasın, yerindən qopub düşməsin və ya sınmasın. Amma böyük iş olanda vaxtı deyə bilmirəm".

Hazırda əlində olan işə nə vaxt başladığını özü də dəqiq bilmir: "Yayın axırı idi, amma hələ də davam edir. Çünki məndə elədir ki, işləyə-işləyə fantaziya içərisindən fantaziya çıxır. Bütün bu işlər mənim beynimin məhsuludur. İşləyə-işləyə hamısını düşünüb edirəm. Ona görə də, dəqiq bilmirəm, nə vaxta bitirəcəm. Yəni, mənim işim plan üzrə olmur".

Qurban Fərziyev Lerikdən savayı, qonşu Masallı və Lənkərandan da sifarişləri olduğunu vurğulayır. Bu rayonlarda şəxsi həyətlərdə kiçik fəvvarələr yığıb. Amma cənub bölgəsindən kənara çıxmayıb, sifarişi olmayıb.

"Açığı, həm sifariş olmayıb, həm də özüm istəmirəm, nədənsə. Bu bölgənin təbiətinə bağlıyam deyə, çıxmaq istəmirəm burdan. Amma xaricilər işimi bəyənirlər. Ötən yay Moskvadan jurnalistlər gəlmişdilər. Onlar əl işimi görüb çəkdilər və dedilər ki, bunu fotosərgidə nümayiş etdirəcəklər. İşimi çəkən jurnalist isə mənimlə söhbətdə dedi ki, dünyanın çox yerini gəzib, amma bu cür gözəl sənət işləyən görməyib. Bir də bu yay ərəb turistlər gəlmişdilər. Mənim əl işimi görüb, iş təklif etdilər. Amma mən getmədim. Özü də deyim ki, təkidlə təklif etdilər, mən imtina etdim. Mən Cənub bölgəsindən ayrıla bilmirəm".

Qeyd edək ki, usta Qurban bütün işləri təkbaşına görür və hələ ki, şagirdi yoxdur.

Yuxuda "vergi" verilən Lerik sakini danışdı: Bu sirri ilk dəfə açıram - FOTOYuxuda "vergi" verilən Lerik sakini danışdı: Bu sirri ilk dəfə açıram - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4147   Tarix: 25 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"WhatsApp"dan istifadəçilərini SEVİNDİRƏCƏK YENİLİK

"WhatsApp" tərtibatçıları konfrans zənglərinin təşkili üçün rahat funksiya əlavə etməyi planlaşdırırlar. Yenilik artıq "Android" üçün "WhatsApp"ın 2.24.19.14 nömrəli beta versiyasında görünüb. Bu versiyanı test edənlər qrup söhbətlərində paylaşılabilən zənglərə qoşulma

08.09.2024 2463
.

Dünyanın ilk trilyoneri peyda ola bilər

İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu olmağa yaxındır. xəbər verir ki, bu barədə dünyanın ən zəngin insanlarının sərvətini izləyən "Informa Connect" akademiyası məlumat yayıb. Məlumata əsasən, elektrik avtomobil istehsalçısı "Tesla", özəl raket şirkəti "SpaceX"

08.09.2024 596
.

Xidmetler.Az - Bütün xidmətlər bir saytda!

XİDMETLER.AZ bütün xidmətlərin bir yerdə olduğu saytdır. Saytda sizi narahat edən hər hansı məsələ ilə bağlı kömək almaq imkanınız var. - Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran saytımızda tapar. Siz də qoşulun və sizə lazım olan işçiləri tapın. - Usta axtarışına çıxanların köməyin

13.09.2024 1193
.

Eynşteyinin həyatında istifadə etdiyi 10 dünyəvi hikmət

Böyük fizik Albert Eynşteyn təkcə elmi dahi deyildi: o, həm də psixologiyanı yaxşı bilir və Kainatın yaşadığı qanunları dərk edirdi. Eynşteyn hesab edirdi ki, fiziki düsturlar təkcə təbiət hadisələrinin təsvirində deyil, həm də adi gündəlik həyatda istifadə oluna bilər. xarici KİV-ə istinadən alimi

11.09.2024 779
.

"Canlını bağla, sizə dərs olmadı?" - "Nikosayağı"nın qardaşının bu hərəkəti tənqid olundu

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin qardaşı Nihat Mütəllimov avtomobil idarə edərkən "İnstagram"da canlı yayım açıb. Ona qardaşının vəziyyəti ilə bağlı suallar ünvanlanıb. -a istinadən xəbər verir ki, o, canlı yayımda "Canlını bağla, sizə dərs olmadı" şərhin

14.09.2024 1400
.

Planları, yeni tanışlıqları təxirə salın: İlin ən təhlükəli dövrü barədə astroloqlardan tövsiyələr

Astroloqlar ilin ən mürəkkəb dövrlərindən birinin - payız tutulma dəhlizinin başlaması ilə bağlı xəbərdarlıq ediblər. Onlar bu dövrü hər kəsin həyatında ən çətin, təhlükəli və dönüş nöqtəsi dövrü adlandırırlar. Belə ki, sentyabrın 18-dən etibarən təxminən iki həftə ərzində özü ilə bir çox problemlər

15.09.2024 449
.

Azərbaycanda aqressiv insanların sayı niyə ARTIR? - AÇIQLAMA

Son dövrlər cəmiyyətdə psixoloji gərginlik, stress və depressiya hallarının kəskin artımı müşahidə edilir. Bəs bu nə ilə əlaqəlidir?. BİG.AZ xəbər verir ki, mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, bu halların yaranmasının bir sıra səbəbləri mövcuddur. "Bunlara mənəvi-psixoloj

10.09.2024 552
.

Uğurlu insanların 7 səhər vərdişi - SİYAHI

Uğur bir vərdişdir və hər hansı digər vərdiş kimi, hər gün etdiyimiz seçimlərdən başlayır. Yüksək müvəffəqiyyətli insanların səhər rejimi məhsuldar və dolğun bir gün üçün ton təyin edən məqsədyönlü təcrübələr nümunəsini nümayiş etdirir. BİG.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, aşağıdakı 7 vərdiş

12.09.2024 826
.

Mövsümi xəstəliklərdən necə qoruna bilərik? -İnfeksionistdən AÇIQLAMA

Payızın gəlişi ilə müxtəlif xəstəliklər özünü biruzə verməyə başlayır. Xüsusilə immun sistemi zəif olan insanlar üçün fəsil dəyişkənliyi daha ağır keçir. Belə ki, yay fəslində fəaliyyətini dayandıran bir çox viruslar payızda öz fəallığını daha da artırır. Lazımı diqqət yetirilmədiyi hallarda isə cidd

09.09.2024 398
TOP MP3