Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər etiraz etdi (FOTOFAKT)

Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər etiraz etdi (FOTOFAKT)Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda 5 məktəbdə şagirdlər arasında keçirilən sorğu bəzi valideyinlərin narahatlığına səbəb olub.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, valideyinlər məktəblərdə keçirilən sorğunun daha çox marketinq funksiyası daşıdığını və bəzi sulların isə orta məktəb şagirdlərinə uyğun olmadığını iddia ediblər.

Həmin sorğudakı sualların bəzilərini təqdim edirik:

- Övladınız busqalter geyinibmi?
- Aybaşı olmusunuzmu?
- Xəstələnəndə ən çox hansı dərmanlardan istifadə edirsiniz? və.s...

Anketdə sırf səhiyyə ilə bağlı suallar ünvanlanıb. Təhsillə əlaqədar isə heç bir sual qeyd edilməyib. Sözügedən anketlər şagirdlərə təqdim edilib. Bildirilib ki, valideynlər suallarla tanış olduqdan sonra, gəlib məktəbdə cavablandırmalıdırlar. Bu da bəzi valideynlərin narahatçılığına səbəb olub.
Sorğunun keçirildiyi yerlərdən biri də Yasamal rayonunda yerləşən Telman Abbasov adına 225№-li tam orta məktəbdir.

Məktəbin direktoru Sevda Eminova açıqlamasında bildirib ki, sözügedən sorğu Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

"Bizim məktəbdə 60 şagird arasında bu sorğu keçirilir. Sorğu 11-12, 15-16 yaşlı şagirdlər arasında baş tutacaq. Sorğudan sonra şagirdlər noyabr ayının 28-i, həftənin 2-ci günü həkimlərin müayinəsindən də keçəcəklər. Məqsəd uşaqların sağlamlığını yoxlamaqdır".

Sorğuda ünvanlanan bəzi suallara gəldikdə isə Sevda Eminova vurğulayıb ki, bu barədə daha ətraflı Səhiyyə Nazirliyinin müvafiq qurumu və rayon poliklinikası aydınlıq gətirə bilər: "Bəzi sualları özüm də anlaya bilmirəm. Yaxşı olar ki, bu sualları təşkilatçıların özləri açıqlasınlar. Hər halda, bu sorğu məktəbimizə gəlməzdən əvvəl müvafiq qurumların süzgəcindən keçib".

Həmin layihənin təşkilatçıları və Səhiyyə Nazirliyinin nümayəndələri Nərmin və İnara adlı xanımlar suala belə cavab verib:

"Tədbir, Bakının 5 məktəbində 60 şagird arasında Dövlət Proqramı çərçivəsində Səhiyyə və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə, Moskvadan gələn bir qrup professor həkimlər tərəfindən keçirilir. Burada qəbahət bir şey yoxdur. Sorğudan sonra həkimlər şagirdləri müayinə edəcək və bundan sonra nəticələri valideyinlərə təqdim edəcəklər. Müayinəni valideynlər istəsə müdaxilə etməmək şərti ilə, kənardan gəlib izləyə bilərlər".

Onlar anketdəki bəzi sualların valideynlərin narahatlıq yaratmasına da münasibət bildirib: "Sözügedən anket Rusiyadan bizə göndərilib. Bəzi valideynlər rus dilini başa düşmədiyi üçün Azərbaycan dilində də tərcümə etmişik. Suallarda isə qəbahət heç nə yoxdur".

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil idarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov sorğu göndərməyi tövsiyyə edib. Bildirib ki, sorğu göndərildikdən sonra məsələ ilə bağlı araşdırma aparılıb, onlara ünvanlanan suallar cavablandırılacaq.
Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər etiraz etdi (FOTOFAKT)Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər etiraz etdi (FOTOFAKT)Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər etiraz etdi (FOTOFAKT)Bakıda şagirdlər arasında biabırçı sorğu: Valideynlər etiraz etdi (FOTOFAKT)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4802   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 186
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

03.05.2024 523
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 778
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 764
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 116
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 356
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 735
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 184
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 413