Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər

Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblərBeynəlxalq Enerji Agentliyinin "EU4Energy" proqramı çərçivəsində "Müxtəlif bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, təqdimat və inkişaf siyasəti Forumu"nda iştirak və "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafında dair Strateji Yol Xəritəsi"nin icrası istiqamətində beynəlxalq təcrübəni öyrənmək məqsədilə Energetika Nazirliyinin əməkdaşları Eldar Şiriyev və Otel Hüseynov Belarusda səfərdə olublar. Bu barədə BiG.AZ-a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Strateji Yol Xəritəsində texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi nəzərdə tutulur.
Bu tədbirin icrası üçün Belarus təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Energetika Nazirliyinin nümayəndələri istehlakçıları təbii və mayeləşdirilmiş qazla təmin edən "Minskoblgaz" unitar müəssisəsinə baş çəkiblər. Minsk vilayətinin qaz təchizatı şəbəkələrinin mərkəzdən interaktiv idarəetmə sistemi ilə tanış olublar.
Bildirilib ki, ölkənin ən böyük qaz təchizatçılarından olan müəssisə qaz paylama sisteminin idarə olunmasını, istehlakçılara qaz təchizatını, qaz paylayıcı sistemə aid obyektlərin mərkəzləşdirilmiş idarəedilməsinin təşkilini, qaz təchizatı sisteminin istismara buraxılmasını, qaz paylama sisteminin obyektlərində enerji qənaət avadanlıqlarının və qabaqcıl texnologiyaların istifadəsini və ətraf mühitə zərərli təsirini azaldan avadanlılarla təchiz olunmasını təmin edir. Eyni zamanda qaz paylama sisteminin obyektlərinin yanğından mühafizə, sənaye və ətraf mühitin təhlükəsizliyinin təmin olunması tədbirlərini həyata keçirir. Bütün növ istehlakçıları, müasir qaz ölçü cihazları, enerji qənaət texnologiyaları və s. ilə təmin edir.
Müəssisədə keçirilən görüşdə qaz təchizatı sahəsində hər iki ölkənin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın neft-qaz sənayesində həyata keçirilən islahatlar barədə məlumat verilib, Cənub Qaz Dəhlizi layihəsinə dair videoçarx nümayiş etdirilib.
Nümayəndə heyəti Minsk Təmir-İstehsalat İdarəsi, Maye Qazın Təchizatı Sahəsi, Qaz Tənzimləyici Məntəqələri və Əhaliyə Xidmət Mərkəzi, "Rudenskiy" Qazdoldurma Stansiyasının işi ilə tanış olublar.
Energetika Nazirliyinin nümayəndələri Foruma da qatılaraq, çıxışlar ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 477   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

11:20 97
.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

27.04.2024 225
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

13:50 0
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 529
.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

11:50 99
.

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağda

01:42 302
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

14:00 0
.

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırm

27.04.2024 335
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 211