Paytaxt dəyişdirilir? — Putinin qaranlıq fikirləri
Son illər Rusiyanın Soçi şəhərində dünya əhəmiyyətli tədbirlər keçirilir. Rusiya prezidenti Vladimir Putin Soçiyə xüsusi diqqət ayırıb. Onun təşəbbüsü ilə beynəlxalq tədbirlər paytaxt Moskva şəhərində deyil, məhz Soçidə keçirilir. Bu da dünya mətbuatında nəzər nöqtəsindədir.
Xarici mətbuatda Putinin Soçiyə diqqət ayırmasını bir sıra siyasi məqamlarla izah edirlər. Bəziləri bunu paytaxtda yaranmış qarışıqlığı aradan qaldırmaq üçün bilərəkdən düşünülmüş addım adlandırırlar. Rusiya mütəxəssisləri isə son günlər Moskvada yaranmış terror həyəcanına adekvat addımlar kimi Soçinin möhtəşəmliyini göstərmək kimi fikirlər irəli sürürlər. Hətta bəzi iddialarda bir az da irəli gedib, Soçini Rusiyanın paytaxtı elan edəcəkləri barədə açıqlamalar da yayılıb.
Azərbaycanlı siyasətçilər isə məsələyə birmənalı yanaşmır. Politoloq Ceyhun Mahmudlu ölkə.az-a açıqlamasında bildirib ki, Soçi şəhəri bölgəyə yaxın olduğu üçün beynəlxalq tədbirlərin keçirilməsinə uyğun bilinib. Onun fikrincə, bu səbəbdən də, Soçi Putini bu qədər heyran edib.
"Belə əhəmiyyətli görüşlərin Soçidə keçirilməsi birinci dəfə deyil. Bu ərazi Rusiyada turistləri cəlb edən məkandır. Bundan əvvəl də, burada mühüm görüşlər olub. Sovet dövründə də xüsusi əhəmiyyətli beynəlxalq toplantılar Soçidə baş tutub. Burada elə bir mühüm işarə görmürəm. Ola bilər bölgəyə yaxın yer olduğu üçün belə bir qərar verilir", - deyə C.Mahmudlu bildirib.
Politoloq Oqtay Sadıqzadə isə "Ölkə.Az"a açıqlamasında bildirib ki, Soçi şəhərinə maraq 2014-cü ildən sonra çoxalıb. Onun sözlərinə görə, hazırda bu şəhərə daha çox vəsait xərclənir.
"2014-cü ildə Soçi Olimpiadasından sonra Soçiyə çox böyük miqdarda vəsait qoyulub. Soçi bu gün dünyanın ən müasir və gözəl şəhərlərindən birinə çevrilib. Bu səbəbdən də, Putinin Soçiyə bu qədər diqqət ayırması başa düşüləndir", - deyə O.Sadıqzadə bildirib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1692 Tarix: 23 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİsrail Qəzzada daha 13 fələstinlini qətlə yetirib
İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Hücumlar zamanı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail ordusunun Bureij Qaçqın Düşərgəsind
30.04.2024 347 Azərbaycanlı general vəfat etdi
Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl
30.04.2024 527 "Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı
Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir. Nəqliyyat eksperti Elməddin Muradlı -a bildirib ki, 300 avtobusun hamısını elektrikli mühərrikə çevirmək risklidir. Çünki gələcəkdə elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bir elektrikl
30.04.2024 438 Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü
Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl
30.04.2024 186 Azərbaycanlı müğənni evində ölü tapıldı
Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c
11:20 367 Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
Müğənni Əli Mirəliyevin illər sonra görünüşünü 180 dərəcə dəyişməsi marağa səbəb olub. Belə ki, uzun illərdir seyrək saçlarla dolaşan sənətkar başına protez saç qoyaraq yeni imicdə "El canlı" verilişinə qatılıb. -a istinadən xəbər verir ki, Ə.Mirəliyev bu görünüşdə olmasını verilişin aparıcıs
30.04.2024 826 Bu həftə 6 gün işləyəcəyik?
Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs
30.04.2024 1335 Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü
Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr
30.04.2024 159 Azərbaycanda yeni telekanal açıldı - FOTO
Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20
12:04 117