Millət vəkili müvafiq qurumları təcili addımlar atmağa çağırıb - VİDEO

Millət vəkili müvafiq qurumları təcili addımlar atmağa çağırıb - VİDEOMillət vəkili Q.Paşayeva MM-də əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb.

BiG.AZ xəbər verir ki, millət vəkili MM-in bugünki iclasında "Sosial təminatı və müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib: "Ölkədə 570 min əlilliyi olan insan var və ölkə əhalisinin 5.96 faizini təşkil edir. Yəni əhalimizin 6 faizi əlilliyi olan insanlardır. Rəsmi məlumatlara görə əlillərin yalnız 5 faizi işləyir. Məsələn 40 mindən yuxarı gözdən əlil insanın 2 faizi işlə təmin olunub. Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir.Buna onların çox böyük ehtiyacı var. Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki bütün qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmilərinə müraciət edərək soruşmaq istəyirəm ki, Məşğulluq haqqında qanunda əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində 2017-ci ildə hansı işlər görülüb, qanuna əməl etməyən nə qədər qurum cərimələnib və hansı nəticələr əldə edilib. Eyni zamanda soruşmaq istəyirəm ki, 2018-ci ildə bu istiqamətdə ciddi dönüş yaratmaq üçün hansı işləri görməyi planlaşdırırlar, hansı mexanizmləri nəzərdən keçirirlər. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Hər kəs bu istiqamətdə qanunları yerinə yetirməlidir. Hesab edireəm ki, bu məsələ ən vacib prioritetlərdən biri olmalıdır və müvafiq qurumları bu məsələyə dəstək göstərməyə
çağırıram. Çünki əlilliyi olan insanlar və bu istiqamətdə təşkilatlar hər dəfə bizimlə görüşəndə bu məsələni ciddi qaldırır və təcili və ciddi dəstək gözlədiklərini bildirirlər. Digər bir məsələyə də toxunmaq istəyirəm.Təbii hamımız istəyirik ki sahibkarlıq daha da inkişaf etsin. Amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan insanların sayı daha da artır. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Ona görə də əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət və qurumlara qarşı Əmək Müfəttişliyi ciddi mübarizə aparılmalıdır və onları bu məsələyə daha da çox diqqət yetirməyə çağırırıq".

Çıxışın videosunu bu linkdən izləyə bilərsiniz:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 67
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 154
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 653
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 125
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 265
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 63
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 356
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178