Məktəb direktorları ilə görüş keçirilib - FOTOLAR

Məktəb direktorları ilə görüş keçirilib - FOTOLARBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

BŞTİ-dən BiG.AZ-a verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, təlim–tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər iştirak ediblər.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə məktəb idarəetməsi, tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı, IX sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək monitorinq, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və digər məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işlərdən, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışıb. Həmçinin, M.Vəliyeva çıxışı zamanı noyabrın 25-də IX sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək monitorinq barədə geniş məlumat verib.

Görüşdə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" və "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanı" ilə təltif olunmuş bir qrup təhsil işçilərinə mükafatlar da təqdim edilib.

İdarə müdiri təhsil işçilərini təbrik edib, onlara təhsil sahəsində yeni nailiyyətlərin qazanılması istiqamətindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 13 müəllim "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 23 müəllim "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı", 1 müəllim isə BŞTİ-nin "Fəxri Fərmanı" ilə təltif olunub.

Təhsil işçiləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə edib, bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini nəzərə çatdırıblar.
Məktəb direktorları ilə görüş keçirilib - FOTOLARMəktəb direktorları ilə görüş keçirilib - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1344   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rəisinin helikopterini axtaranların sayı artırıldı

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidə axtarış aparan xilasedicilərin sayı gecənin düşməsi ilə əlaqədar 65-ə çatdırılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir

19.05.2024 262
.

Aygün Kazımova saatlarla ASILI QALDI - VİDEO

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" klipindən kadrarxası görüntüləri paylaşıb. xəbər verir ki, ifaçı ekran işində yaratdığı ən maraqlı və çətin obrazının hazırlıq məqamlarını yayımlayıb. Obrazı yaratmaq üçün uzun hörüklərdən istifad

19.05.2024 1695
.

Polşa Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar xərcləyəcək

Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyinə təxminən 2,5 milyard dollar sərmayə qoyacaq. "Report" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib. "Təhlükəsizliyimizə və hər şeydən əvvəl şərq sərhədimizin təhlükəsizliyinə təxminən 10 milyard zlot (2,5 milyar

19.05.2024 135
.

İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib

İsrail hərbçiləri Fələstinin cənub-şərqindəki Rəfah şəhərində davam edən əməliyyat zamanı 50-yə yaxın terrorçunu məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İDF-nin 401-ci diviziyası Rəfahın şərq kənarında əməliyyatları gücləndirir. Hərbçilər HƏMA

19.05.2024 139
.

Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş

Gəncəçayda batan 14 yaşlı yeniyetmə Murad Allahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Belə ki, o, dostunu xilas edərkən həyatını itirib. Muradın əmisi Qismət Allahverdiyev bildirib ki, üç dost bir yerdə Gəncəçayı keçmək istəyib:. "O vaxt su çaya güclü gəlirmiş. Bu zaman onlardan birini

19.05.2024 597
.

Rusiyadakı Slavyansk neftayırma zavodu dronların hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu ("Slavyansk EKO" MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb. "Report" xəbər verir ki, bu barədə "Slavyansk EKO" şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudne

19.05.2024 181
.

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb. 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti evdə yaxınları tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır

19.05.2024 186
.

Sumqayıtda təhlükəli tapıntı

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşlar

19.05.2024 241
.

TƏCİLİ! İran Prezidentini daşıyan helikopter qəzaya uğradı, Rəisinin vəziyyəti...

İran Prezidentini daşıyan helikİran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. "Report" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbayca

19.05.2024 1222