Dağ uçdu, qaya parçaları yeni çəkilən yolu bağladı - Astarada

Dağ uçdu, qaya parçaları yeni çəkilən yolu bağladı - AstaradaAstaranın dağ kəndlərinə çəkilən yeni yol boyunca sürüşmə aktivliyi artıb. Növbəti dəfə güclü yağışlar yağarsa, sürüşmənin miqyası bir qədər də böyük ola bilər.

BiG.AZ apa.tv-yə istinadən xəbər verir ki, dağdan lay torpaq qatı və daş parçaları sürüşərək yola düşüb. Sürüşmə nəticəsində irigövdəli ağaclar da aşıb.

Bütün bunlar ötən ay yağan güclü yağışlardan sonra baş verib. Yolda avtomobillərin və piyadaların hərəkətini bərpa etmək üçün torpaq, daş və ağacların bir hissəsini aidiyyəti qurumların əməkdaşları təmizləsə də, bir hissəsi hələ də qalıb. Bununla belə, yolboyu sürüşmə aktivliyi də artıb. Sakinlər növbəti dəfə yağış yağarsa, sürüşmənin daha böyük ola biləcəyini deyir: "İndi kənarla yol açmışıq, gedib-gəlirik. Sürüşmə çox yerdə var, qabaqda da var. Toradiyə qədər var, ancaq bardur qoymaq lazımdır ki, torpaq yola tökülməsin, gəlib dayansın. Həmişə bu yolda yağış yağdı, sürüşmə var".

Kiçik sürüşmə sahələri Təxtənəkəran-Toradi avtomobil yolunda 12-13 yerdə müşahidə olunur. Bu yoldan dördü Astaranın, dördü isə Lerikin olmaqla ümumilikdə səkkiz kəndin sakinləri istifadə edir. Qış gələr-gəlməz yolda digər problemlər də özünü qabarıq şəkildə göstərir: "Ən çox yağış yağanda torpaq uçur, qışda qar olanda ağac qırılıb düşür yola. Hazırda köhnə vəziyyətə baxanda rahat gedib gəlirik. Yağışdan sonra bəzi uçqun yerlər var, onu da deyirlər təmizləyərik".

Uzun illərdən sonra yeni yol çəkilərkən layihəyə uyğun olaraq bir neçə yerdə suötürücü boru qoyulub. Lakin sel gələn zaman həmin borular suyu tam ötürə bilməyib. Nəticədə torpaq qatı ilə bərabər, asfalt örtüyü də yuyulub: "Biri burdadır, biri də Əzərükəntdə. Körpü mütləq olmalıdır. Borunun yerində körpü olsa, gözəl olar, yəni gediş-gəliş rahat olar".

Ərazidə olan Əsxənəkəran kənd icra nümayəndəsinin müavinin Xurşud Teymurovun sözlərinə görə, suötürücü boruların əvəzinə yeni körpülərin qoyulması üçün əraziyə aidiyyəti qurumların əməkdaşları baxış keçirib. Yeni körpülərin salınması yaxın günlərdə nəzərdə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 779
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

15:45 104
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

18:50 0
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 793
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

18:10 0
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

16:48 99