Ramil Səfərov: 'Mən Qurgeni millətimi, bayrağımı və şəhidlərimi təhqir etdiyi üçün öldürmüşəm'

Ramil Səfərov: 'Mən Qurgeni millətimi, bayrağımı və şəhidlərimi təhqir etdiyi üçün öldürmüşəm'19.02.2004-cü il… 8 il öncə Azərbaycan, Ermənistan və Macarıstan gözlənilməz bir xəbərlə silkələndi. Ermənilərin yüz illərdən bəri Azərbaycana qarşı olan ərazi iddialarının 88-ci ildən yenidən alovlanması münaqişə, dəhşətli qırğınlar və insanlığa sığmayan hadisələrlə müşayət olunmuşdu. Bundan ən çox zərər çəkənlər isə işğal olunmuş ərazilərin sakinləri oldu. Bu qədər fiziki, psixoloji, mənəvi və maddi zərbələrin mənfi nəticələrindən qaçmaq qeyri mümkündür və 8 il öncə bu mənfi nəticənin Avropaya qədər gedib çıxması əslində nəinki Qafqaz, bütün dünya üçün bir siqnal olmalıydı.

Bu gün Ermənistan cəmiyyətində potensial cahil provokatorlar ordusu yetişir. İllər boyu terror təşkilatı ASALA-nın üzvü olmuş, Türkiyənin müxtəlif ölkələrindəki səfirlərinə, onların ailələrinə qarşı sui-qəsdlər etmiş, Qarabağda qadın və uşaqları xüsusi amansızlıqla qətlə yetirmiş terrorçulara abidələr quran, adına fondlar, məktəblər yaradanlar bu gün 4cü sinif dərsliklərində " Ermənilərin müqəddəs məkanı Ararat dağı dünyanın ən hündür dağıdır" yalanını uydurmaqdan belə çəkinmirlər. 60 yaşını haqlamış, Türkiyədə yaşayan erməni professor isə çıxıb efirdə "Durna milli erməni quşudur" deməkdən utanmır. Təəssüflər olsun ki, bizə gülməli gələn bu faktlar Erməni gəncliyinin təlim və tərbiyəsində əsas təbliğat vasitələridi. Bunun nəticəsidir ki, xaricdə yaşayan azərbaycanlılar çox vaxt ucuz erməni provakasiyalarıyla üzləşirlər. 8 il öncə isə bu cür yuyulmuş beyinə sahib olan bir erməni gəncin Azərbaycan hərbçisinin bayrağı, şəhidləri, əsir götürülmüş qadınlarıyla bağlı etdiyi provakativ hərəkətlər, atmacalar birincinin ölümüylə nəticələndi və bu hadisə Azərbaycan ordusunun böyük bir qurban verməsi bahasına başa gəldi.

Bu hadisənin ən gözəl təhlilini verən də elə Azərbaycan ordusunun zabiti Ramil Səfərov özü oldu: "Mən, Qurgeni erməni olduğuna görə qətlə yetirsəydim Azərbaycanda yaşayan on minlərlə ermənidən ya da Türkiyədə 10 il müddətində yaşadığım dövrdə orada olan ermənilərdən başlayardım. Qurgeni millətimi, bayrağımı və şəhidlərimi təhqir etdiyi üçün öldürmüşəm."

Adətən bir insanın qətlə yetirilməsinə görə ömürlük həbs cəzasıyla cəzalandırılmaq kimi bir qərar nadir hadisə olsa da, erməni diasporasının və dövlətinin Ramilə qarşı nifrət və prinsipiallığı Avropa məhkəməsini belə bir qərar verməyə razı sala bildi.

Bu gün Ramil Səfərovun həbsindən tam 8 il keçsə də, onun haqqında çıxarılmış ədalətsiz qərarın dəyişdirilməsi ya hər bir məhbusun təbii haqqı olan- həbs cəzasını öz ölkəsində çəkmək hüququnun təmin edilməsi yolunda heç bir ciddi addım və irəliləyiş yoxdur. Regionun lider dövləti olduğunu iddia edən Azərbaycan hələ ki, Ermənistan dövləti və diasporasının prinsipiallığı qarşısında acizdir.

Azərbaycan ordusu isə 4 hərbi məktəbdə təhsil almış, dünyanın ən güclü hərbi məktəblərindən sayılan Kara Harb Okulunun məzunu olan, Kiprdə ölüm düşərgələrindən keçmiş güclü bir zabitini itirib.

Ramilin özünə gəldikdə isə, bu sınaqlarda ən layiqli formada davranan elə onu özü oldu. Qürbət zindanda belə sınmayan, monoton həyatını zənginləşdirməyə çalışan, yeni keyfiyyətlərini üzə çıxaran bu insan bizim azadlıqda edə bilmədiyimiz çox şeyi etdi. O nəinki Macar dilindən Azərbaycan dilinə əsərlər tərcümə edən ilk şəxs kimi, həm də bunu edən ilk azərbaycanlı hərbçi kimi tarixə düşdü. Zəncirlər bir insanın əllərini, ayaqlarını qandallaya bilər, tikanlı divarlar insanı müəyyən bir mühitdən məhrum edə bilər amma onun ruhunu, mənəviyyatını, dünyaya baxışını, yaradıcılığını və hisslərini məhdudlaşdıra bilməz.

Bizə bu dərsi verdiyin üçün çox sağol Ramil, BİZ SƏNİ SEVİRİK! Allah qapını açsın.

Amma ümidimiz tək Allaha yox, həm də Azərbaycan dövlətinə və rəhbərliyinədir. Gec də olsa gözləntilərimizin doğruldulacağı günü səbirsizliklə gözləyirik!

//ramilsafarov.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4908   Tarix: 21 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda "birbaşa olmayan danışıqlar" aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzr

18.05.2024 98
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

18.05.2024 131
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562