Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEO

Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEOPaytaxt Bakının bir çox hissələrində, hərəkətin intensiv olan yerlərində səhər və axşam saatlarında ciddi problemlər müşahidə edilir. Belə ki, problemlər daha çox metrostansiyaların ətrafında yaşanır.

BiG.AZ-ın araşdırmalarına görə metropolitenin "Koroğlu", "20 yanvar", "Qara Qarayev", "Xalqlar dostluğu", "İnşaatçılar" stansiyaları ətrafında xaotik vəziyyət yaranır. Hərəkətin pik saatlarında taksilərin, digər nəqliyyat vasitələrinin və avtobusların nizamsız hərəkəti yollardakı vəziyyəti iflic edir. Belə ki, taksi sürücüləri qanunsuz olaraq avtobus dayanacaqlarını zəbt edir, avtobuslar isə məcburiyyətdən dayanacaqdan kənarda saxlamalı və sərnişin qəbul etməli olur. Belə olduğu halda isə sərnişinlər yüksək sürətli yol zolağına daxil olurlar. Avtobus sürücüləri problemin taksi sürücülərində olduğunu, taksi sürücüləri problemin avtobus sürücülərində olduğunu, sərnişinlər isə günahın polislərdə olduğunu iddia edirlər.

Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEOMəsələ ilə bağlı yol nəqliyyat eksperti ilə əlaqə saxladıq. Problemin həli istiqamətində hansı addımların görüləbiləcəyi ilə maraqlandıq. BiG.AZ-a danışan ekspert Elməddin Muradlı problemin həllinin heç də mümkünsüz olmadığını və həlli yollarının görünən olduğunu bildirdi: "Belə bir problem təkcə "Koroğlu" metrostansiyası ətafında deyil, eləcə də "20 yanvar" metrostansiyası, "Qara Qarayev", "Xalqlar dostluğu", "İnşaatçılar" metrostansiyaları ətrafında da bu problem özünü qabarıq şəkildə göstərir. Taksi sürücülərinin, eləcə də bəzi avtobus sürücülərinin nizamsız hərəkəti, daha çox pul qazanmaq istəyi orada ciddi problemlər yaradır. Axşam hərəkətin intensiv zamanında taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir, avtobuslar dayanacaqdan kənarda saxlamaq məcburiyyəti qarşısında qalırlar. Buna görə də sərnişinlər də toplu şəkildə deyil, dağınıq, səpələnmiş şəkildə yolun hərəkət hissəsinə daxil olurlar. Hamı avtobusa birinci minmək üçün nəqliyyat vasitəsinin arxasınca qaçırlar. Daşıma şirkətləri də qanunları, qaydaları pozurlar, pərakəndəlik hökm sürür, özbaşına sürücülər hələ də avtobusları idarə edirlər. Belə problemlər kütləvi şəkildə olmasa da hazırda bəzi yerlərdə var. Bir nəfərin qaydaları pozması zəncirvari olaraq hamının qayda pozmasına səbəb olur.

Hesab edirəm ki, burada heç kimə güzəşt edilməməlidir. Nə taksi sürücülərinə, nə avtobus sürücülərinə, daşıyıcı şirkətlərə və s. Bəzən əsaslandırırlar ki, güya problem olur kütləvi cəzalandırmalar zamanı, bəzən əsaslandırırlar ki, polis nəfərlərinin sayı kifayət qədər deyil ki, hər dayanacağa təhkim edilsin. Amma bir məsələ var ki, Azərbaycan qanunvericiliyində artıq bununla bağlı məsələlər öz əksini tapıb. Avtobusların dayanacaqdan kənar saxlaması üçün cərimə tətbiq edilib, bu 100 AZN təşkil edir. Bunu elektron qaydada da tətbiq etmək olar. Belə ki, kameralar dayanacaqdan kənar saxlayan avtobusları müəyyən etmək qabiliyyətinə malikdir. Belə olduğu təqdirdə heç polisləri də dayanacaqlara təhkim etməyə heç bir ehtiyac qalmır. Yəni bu problem həlli olmayan problem deyil, bu vəya digər yollarla problemi həll etmək mümkündür".

Polislərin taksi sürücülərindən və daşıyıcı şirkətdən rüşvət alaraq onların qanunsuz əməllərinə göz yumduqları iddiasından danışan Elməddin Muradlı belə faktlar aşkarlandığı təqdirdə bunu mütləq şəkildə ictimailəşdirmək lazım olduğunu bildirdi. Həmçinin o, belə hallar öz təsdiqini taparsa onların sərt cəzalandırıldığını qeyd eti: "Əgər polislərin hərhansısa bir şəxsdən rüşvətalma faktı varsa bunu dərhal ictimailəşdirmək və müvafiq təbir görmək lazımdır. Bunu gizlətmək elə özü də bir cinayət əməlidir. İndiyə qədər də elə bir hal olmayıb ki, hər hansısa bir rüşvətalma faktı olsun və o məsələyə obyektiv baxılmasın. Kim rüşvət alırsa o da dərhal cəzasını alır".

Avtobus dayanacaqlarında qanunsuz olaraq maşın saxlayan sürücülər niyə cəzalandırılmır və sərt tədbirlər görülmür sualını cavablandıran ekspert bunun heç də belə olmadığını, polisin onların belə hərəkətlərinə qaşı ciddi sipər olduğunu bildirdi: "Taksi sürücülərinə gəldikdə isə polis onlarla kifayət qədər mübarizə aparır, onların avtobus dayanacaqlarını zəbt etməmələri üçün müvafiq tədbirlər görür amma əfsuslar olsun ki, onlar məsuliyyətini dərk etmirlər. Mən elə taksi sürücüləri tanıyıram ki, gün ərzində bir neçə dəfə cərimə edilib və özünə gəlmir. Haradansa qovurlar, qaçıb digər bir yerdən yenə gəlir. Götürüb şikayət yaymışdı ki, yol patrul əməkdaşları mənimlə prinsip aparır. Daha dərk etmir ki, polis ona qanunla deyir ki, burada dayanmaq olmaz.

Bütün belə hallarla əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyinin üzərinə ciddi işlər düşür. Hətta onlar təklif də hazırlayıblar ki, taksillər üçün xüsusi dayanacaqlar yaradılsın və taksilər dayanacaqdan kənarda saxlamasınlar. Necə ki, avtobuslara dayanacaqdan kənarda saxlamaq qadağandır və cərimə tətbiq edilir,e ləcə də taksilər üçün də eyni qayda tətbiq ediləcək. Bu qanun layihəsi də qüvvəyə minib, sadəcə olaraq qanunları bilmək və ona əməl etmək lazımdır. Bilib əməl etməklə yanaşı onu təbliğ də etmək lazımdır ki, bilməyənlər də bilsinlər, öyrənsinlər".

Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEOMəsələ ilə bağlı BiG.AZ-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemlərdən xəbərdar olduqlarını və problemin həlli istiqamətində bütün gərəkən addımların atıldığını, sıxlığın qismən aradan qaldırılmasına nail olduqlarını bildirdi: "Metronun Koroğlu stansiyasının hava limanı istiqamətində olan çıxışı qarşısındakı günün pik saatlarında müşahidə edilən mənzərə BNA-nı da narahat edir. BNA həmin hissədə sərnişin avtobusları və taksi xidməti göstərən minik avtomobilləri üçün dayanacaq məntəqələri müəyyənləşdirib. Biz mütəmadi olaraq oradakı vəziyyətin normallaşdırılması istiqamətində müvafiq qurumlarla birgə iş aparırır. Müxtəlif vaxtlarda ərazidə maarifləndirici tədbirlər keçirilib. Sürücülərə dayanma durma qaydalarına əməl etmələri ilə bağlı avtobus dayanacaq məntəqəsinə aid hissədə parklanmanın qadağan olması ilə bağlı təlimatlar verilib. BNA metronun şəhər istiqamətində olan hissəsində Nəqliyyat Mübadilə Mərkəzi yaratmaqla həmin hissədə xaotik hərəkətin tam aradan qalxmasına nail olub. Bu günün pik saatlarında belə həmin hissədə tıxac, sıxlıq yaşanmır".

Rövşən Əsədov
BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1052   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 131
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111