Deputat bahalaşmanı istisna etmədi: "Ola bilsin ki, qiymətlərə baxılsın"

Deputat bahalaşmanı istisna etmədi: "Ola bilsin ki, qiymətlərə baxılsın"Hazırda Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bu məsələ gündəmə gələndən sonra dizelin qiymətinin qalxması ilə bağlı xəbərlər yayılır. O da məlumdur ki, dizel yanacağı kənd təsərrüfatı sahəsində geniş istifadə olunur. Bu mənada sözügedən yanacağın qiymətində hər hansı dəyişiklik də baş verməyə bilər. Amma bəzi ekspertlərin fikrincə, dizel yanacağının qiymətində bahalaşma gözlənilir.

Söz yox ki, dizel yanacağının qiymətinin artımı baş versə, bu, birbaşa kənd təsərrüfatı məhsullarına təsir edəcək və məhsulların maya dəyərini, fermerlərin xərcini artıracaq. Qeyd edək ki, dizel yanacağı sonuncu dəfə 2013-cü ildə 45 qəpikdən bahalaşaraq 60 qəpik olub.

BiG.AZ xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov bu barədə "Cümhuriyət" qəzetinə açıqlama verib. Millətə vəkili açıqlamasında deyib ki, dizelin bahalaşması Tarif Şurasının səlahiyyətində olan məsələdir: "Tarif Şurasına müraciət olarsa, istənilən vaxt o məsələyə baxıla bilər. Amma hələlik o barədə məlumatım yoxdur. Çünki büdcənin müzakirəsi gedəndə də elə bir söhbət keçməyib. Ola bilər ki, qiymət dəyişilməsi getsin. Çünki benzin və onun bütün markalarının qiymətləri qalxıb. Amma dizel benzinin bir növü olduğu üçün qiyməti dəyişilməz qalır. Düzdür, dizel yanacağı daha çox kənd təsərrüfatı ilə bağlıdır. O sahədə daha çox istifadə olunur. Dizellə çalışan avtomobillər də çoxdur. Ola bilsin, qiymətlərə baxılsın. Amma nə vaxt, necə və hansı səviyyədə baxılacaq, Tarif Şurası hansı qiyməti təklif edəcək , onu deyə bilmərəm. Yanacağın qiymətində müəyyən artımlar olursa, dizel mavi yanacağın bir növü olduğuna görə ola bilsin ki, onun qiymətinə də baxılsın. Dediyim kimi, dizel daha çox kənd təsərrüfatı sahəsində istifadə olunduğuna görə ola bilsin ki, qiymətlərə baxılmasın. Hər halda bu məsələ hökumətin qərarından asılıdır".

Xatırladaq ki, "Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə toxunub. "Caspian Energy" jurnalına müsahibəsində C. Məmmədov qeyd edib ki, Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1239   Tarix: 16 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443