Prezidentin qarşısında çıxış edən 17 yaşlı Mahirə: "Həyatımın ən həyəcanlı anı idi" - MÜSAHİBƏ

Prezidentin qarşısında çıxış edən 17 yaşlı Mahirə: "Həyatımın ən həyəcanlı anı idi" - MÜSAHİBƏPrezident qarşısında çıxışı böyük diqqətə səbəb olan Bakı Ali Neft Məktəbinin tələbəsi Mahirə Əsədzadə azxeber.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-Mahirə ötən həftə 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən böyük tədbirdə etdiyin çıxış ölkədə böyük diqqətə səbəb oldu. Bəs cənab Prezidentin qarşısında bu çıxışı edərkən hansı hissləri keçirirdin?

- Noyabrın 8-i Heydər Əliyev mərkəzində cənab Prezident İlham Əliyevin iştirak etdiyi mərasimdə öz ali məktəbim adından çıxış etməyim mənə sözlə ifadə edilməz qürur hissi yaşatdı. Hətta həyatımda indiyədək yaşadığım ən həyəcanlı an deyə bilərəm. Bu hadisədən sonra bir daha BANM-ə qəbul olmağımın nə qədər doğru bir seçim olduğunu anladım.

- Sizi tanımayanlar üçün ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Mahirə Əsədzadə kimdir?

- Mən, Əsədzadə Mahirə 27 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 2006-2008-ci illərdə Laçın rayonu 40 nömrəli məktəbdə almışam, 2008-2017-ci illərdə isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib, Fəxri fərmanla təltif olunmuşam. Dövlət İmtahan Mərkəzinin 2016-2017-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olmuşam.

-Mahirə çıxışın zamanı söyləmişdin ki, uşaqlıqdan ən böyük arzun neftçi olmaq və SOCAR ailəsinə qoşulmaq olub. Bu arzuyla yaşayan minlərlə gənc var. Bəs bu arzuya nail ola bilmək üçün hansı addımları atmaq lazımdı?

- Bəli, çoxlarımız elə uşaqlıq arzularımızın arxasınca gedirik. Düşünürəm neftçi olmaq, peşəkar neft mühəndisi olmaq istəyən bir gənc ilk növbədə ali məktəb seçimini düzgün etməlidir. Çünki hər şey ordan başlayır. Məsələn, BANM mənim hərtərəfli mühəndis kimi yetişməyimi təmin edir. Çünki biz təhsillə bərabər, həm də istehsalatın içindəyik.

-Seçimin niyə məhz Bakı Ali Neft Məktəbi olub, buranı fərqləndirən sənin üçün nədir?

- Bakı Ali Neft Məktəbinin tələbələri qarşısında açdığı imkanlar tamam başqadır. Eyni zamanda burada dərslərin xarici dildə tədris olunması, ödənişsiz təhsilin olması, nəzəri biliklərin mənimsədilməsi ilə yanaşı təcrübə və praktikaların çoxluğu, xarici ölkələrdə təhsil imkanının yaradılması, transmilli şirkətlərlə əməkdaşlıq - bunların hamısı birlikdə məhz BANM-dədir.

-Səni həyatda ən çox motivasiya edən nədir?

- Məni daha çox ruhlandıran gördüyüm işin nəticəsidir. Proses uzun müddət davam etsə də, əldə edəcəyim uğur, işin nəticəsi mənə ruh yüksəkliyi bəxş edə bilər.

-Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətin nə olardı?

- Ali məktəblərə seçim qarşısında olan tələbələrə demək istəyirəm ki, özünüzü görmək istədiyiniz yerə uyğun ixtisaslaşmış, tələbələrə daha çox karyera imkanları tanıdan, 4-5 ilin sonunda sadəcə diplom kağızı deyil, eyni zamanda çoxseçimli iş təklifləri ilə sizə imkanlar açacaq, zəngin bilik, bacarıq və təcrübə qazandıracaq bir təhsil ocağı seçin. Əgər peşəkar bir mühəndis olmaq istəyirsinizsə, əlbəttə ki, Bakı Ali Neft Məktəbi sizin ən uğurlu seçiminiz olardı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6781   Tarix: 16 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

10:09 362
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

17:05 42
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

15:03 337
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

11:23 522
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 293
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 100
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 274
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

12:33 479
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 730