Bakıda sürücülərə yarım milyondan çox protokol yazılıb - RƏSMİ

Bakıda sürücülərə yarım milyondan çox protokol yazılıb - RƏSMİBu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə 527 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb.

BiG.AZ xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib.

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi paytaxtda hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər keçirib. Bu tədbirlərin nəticəsidir ki, ildən-ilə hadisələrin ümumi indeksində azalma müşahidə olunur. Paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının imkanları sayəsində baş verən hər bir hadisə xidmətin müvafiq şöbələrində araşdırılaraq təhlil edilib. Məlum olur ki, hadisələrin baş verməsində ümumi faiz nisbəti üzrə ötmə və manevr qaydalarının pozulması üzrə 23 faiz, sürət həddinin aşılması ilə bağlı 37 faiz, piyadaların avtomobillərlə vurulması ümumi hadisələrdə 67 faiz təşkil edib: "Hesabat dövründə piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalarla profilaktik maarifləndirici iş aparılıb, yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Belə ki, bu dövrdə inzibati tənbeh tədbirləri çərçivəsində 590 mindən artıq inzibati protokol tərtib olunub ki, onlardan da 84 mini piyada protokoludur. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aparılan təhlillər sübut edir ki, paytaxt üzrə hadisələrin ümumi çəkisində piyadalar ehtiyyatsızlıq, yaxud səhlənkarlıqdan yol qəza hadisəsinin baş verməsinə səbəb olurlar. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin həssas olduğu ərazilərdə piyada keçidlərindən istifadə etməyən ehtiyyatsız piyadalar yol qəza hadisələrin iştirakçısına çevrilirlər.

Xüsusilə diqqət çəkən bir məqam var ki, baş verən qəzalarda hadisələr əsasən yerüstü və yeraltı piyada keçidlərin yaxınlığında baş verir. Eləcə də hadisələr üzrə bir sıra faktlar da göstərir ki, piyadalar işıqforun tələblərinə əməl etmir, yolda hərəkət hüququ olan avtomobilin qarşısına çıxır. Təbliğat məqəsdilə piyadalarla aparılan söhbətlərdə onlar "bilmədim", "görmədim" deyərək, "birdə olmaz" cavabı ilə öz həyatlarını təhlükəyə məruz qoyur, ailə üzvlərinin bir ömür boyu əziyyətini düşünmür, diqqətsizlik edirlər. Unutmaq olmaz ki, yaşamaq üçün, həm də sağlam ömür sürmək üçün məsuliyyətli olmaq həyatın başlıca şərtidir. Piyadalar arasında intizamın möhkəmləndirilməsi, sürücü-piyada münasibətləri, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması diqqət mərkəzindədir. Tövsiyyə olunur ki, hər bir vətəndaş – hərəkət iştirakçısı – sürücü –piyada hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında diqqətli olmalı, hüquq qaydasına əməl etməli, yol polisinin, qanunvericiliyin tələblərinə ehtiramla yanaşmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 622   Tarix: 16 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26.04.2024 1006
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 758
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 476
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 153
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 159
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

26.04.2024 585
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

26.04.2024 640
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26.04.2024 293