Elektron təhsil gecikir: Şagirdlər ağır çantalarla üz-üzə - EKSPERT ŞƏRHİ

Elektron təhsil gecikir: Şagirdlər ağır çantalarla üz-üzə - EKSPERT ŞƏRHİSəhiyyə Nazirliyi yeni tədris ili ərəfəsində məktəblilərin qida gigiyenası qaydalarını açıqlayıb.

BiG.AZ xəbər verir ki, verilən açıqlamaya görə azyaşlı uşaqlarda onurğa əyriliyi, skalioz xəstəlikləri aşkarlanıb. Belə ki, uşaqların çantalarındakı məktəbli ləvazimatlarının çəkisi olduqca ağır olduğu üçün bu uşaqların qamətini əyir və onların orqanlarının zədələnməsi ilə nəticələnir.

Dünya ölkələrdində artıq elektron təhsil sisteminə keçdiyi təqdirdə, elektron avadanlıqların və texnikaların günü-gündən inkişaf etdiyi halda ölkəmizdə hələ də məktəblilərin çantasında 10 kiloqrama yaxın kitab-dəftər gəzdirməsi nə dərəcədə məqbuldur və elektron sistemə keçid üçün Azərbaycan təhsil sisteminin qarşısında hansı maneələr dayanıb?

Elektron təhsil gecikir: Şagirdlər ağır çantalarla üz-üzə - EKSPERT ŞƏRHİMəsələ ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov ölkəmizdə təhsil sisteminin elektron mərhələyə keçməsinin gecikdirildiyi üçün təəssüf hissi keçirdiyini bildirib: "İlk növbədə qeyd edim ki, xarici ölkələrdə uzun illərdir ki, elektron dərslik məktəb ləvazimatlarının ayrılmaz bir hissəsidir. Hər bir məktəbli üçün elektron dərslik həm zəruridir, həm də vacibdir. Əvəllər gündəlik uşaqların təhsili haqqında valideynə məlumat verən yeganə effektiv üsul idi.

Lakin danılmazdır ki, texnologiya inkişaf etdikcə əlbəttə ki, üsullar da çoxalır. İndi isə adi öyrəşdiyimiz dərsliyin yerini elektron dərslik tutmaq üzrədir. Bir vacib məqamı qeyd edim ki, artıq elektron dərslik dünyanın bir neçə ölkələrində istifadə edilir.

Avstraliyada, ABŞ-da, Kanadada və bir çox Avropa ölkələrində təhsil sitemində elektron dərslik tətbiq edilir.

Rusiyanın elektron gündəlik sahəsində təcrübəsi o qədər də böyük deyil. Hələ ki elektron dərslik vahid şəkildə tətbiq edilməyib. Buna baxmayaraq geniş şəkildə yayılmaqdadır.
Elektron gündəlik, elektron dərslik məktəb elektron jurnalının və sms-gündəliklərinin yaradılması sitemidir. Bu sistem məktəb və şagirdlərin valdeyinləri ilə daha effektiv əlaqə yaratmağa kömək edir. Elektron dərsliyin köməyi ilə valideynlər uşaqlarının ağır çanta danışmaqla yaranmış onurğa əyrilik, skerloz kimi xəstəliklərindən azad olmasını izləyə, onların dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə,yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər.

Elektron dərslik sistemində valideynlərin müəllimlər və müdiriyyətlə online danışıqlar aparması da mümkündür. Şagird haqqında bütün məlumatlar valideynlərə göndərilir. Valideynlər mobil telefonlarından (sms-xəbərlər şəklində), elektron-poçtdan və ya məktəbin internet ünvanından övladlarının təhsili haqqında məlumat ala bilirlər.

Elektron dərsliklərdən istifadə şagirdlərin də psixologiyasına təsir edir. Uşaqda məsuliyyət yaradır, çunki o dərs prosesinin açıqlığını başa düşür. Nəticədə şagird öz vaxtında məşğələlərə gəlir və daha diqqətli olur. Ümumiyyətlə işgüzarlığı yüksəldir.

Yaxşı oxuyan uşaqlar üçün nə elektron dərslik qorxulu deyil. Halbuki, bəziləri bunun gözə ziyanlı olduğunu qeyd edir. Hesab edirəm ki, şagirdlər üçün elektron dərslik heç bir təhlükə yaratmır. Ancaq zəif oxuyan uşaqlar qorxurlar ki, valideynlər onların təhsili haqqında hər şeyi biləcəklər və heç nəyi gizlətmək mümkün olmayacaq.

Elektron dərslik sistemi getdikcə dünya ölkələrində tətbiq edilir. Lakin təəsüfləndirci hal ondan ibarətdir ki, Azərbaycanda da bir-neçə ilə bu sistemin tətbiq edilməsi gecikir. Bu tipli yeniliklərin tətbiq olunması təhsilin inkişafına müsbət təsir göstərən amillərdəndir".

BiG.AZ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1715   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 134
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 268
.

Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır

Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın

10:27 155
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 163
.

Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...

"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin

11:25 303
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 169
.

TOP MP3