Bakıda adam oğurlayan dəstə tutuldu: Polisdən xüsusi əməliyyat - FOTOLAR

Bakıda adam oğurlayan dəstə tutuldu: Polisdən xüsusi əməliyyat - FOTOLARDaxili işlər orqanları əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

DİN-nin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, bu il noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlı Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib zorla maşına oturdub hədə-qorxu gəldikdən sonra Akademik H.Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə aparıblar.

Həmin şəxslər B.Məmmədovla əlaqə saxlayaraq qardaşının azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər.

Nərimanov RPİ əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri R.Kəngərlini oğurlayandan sonra onu səhərə qədər R.Ramazanovun Biləcəri qəsəbəsində yerləşən kirayə yaşadığı evdə saxlayıblar.

Saxlanılan şəxslərdən R.Ramazanovun üzərinə baxış zamanı 1 ədəd idman tapançası, 1 ədəd gözyaşardıcı qaz balonu, 2 ədəd bıçaq, 20 ədəd "Fenadiazepin", 20 ədəd "Tramadol", 9 ədəd "Contromal", 2 ədəd "Gerica" psixotrop həbləri həbləri, eləcə də 2.031 qram heroin, R.Əmirxanlıdan isə 2.931 ram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Bakıda adam oğurlayan dəstə tutuldu: Polisdən xüsusi əməliyyat - FOTOLARBakıda adam oğurlayan dəstə tutuldu: Polisdən xüsusi əməliyyat - FOTOLARBakıda adam oğurlayan dəstə tutuldu: Polisdən xüsusi əməliyyat - FOTOLARBakıda adam oğurlayan dəstə tutuldu: Polisdən xüsusi əməliyyat - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1409   Tarix: 13 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yaras

19.05.2024 173
.

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb. "Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından

19.05.2024 298
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

19.05.2024 333
.

Dünyanın ən yaşlı monarxı xəstələnib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək. Bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb. Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyü

19.05.2024 148
.

Prezident: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük. "Report" xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

19.05.2024 191
.

Biləsuvarda ot bağlamasının qiyməti 2 dəfə ucuzlaşıb

Biləsuvar rayonunda artıq bir neçə gündür ki, ot biçini başlayıb. "Report"un Muğan bürosunun məlumatına görə, biçin hava şəraiti ilə əlaqədar bir müddət gecikib. Həmçinin quru ot bağlamalarının satışlarına da start verilib. Fermerlərin sözlərinə görə, quru yonca otunun bağlamalarının qiymət

19.05.2024 65
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19.05.2024 131
.

Erməni barbarlığına tuş gələn Qubadlı məscidi - VİDEO

Uzun illər işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Qubadlı şəhər məscidi də bu abidələr sırasındadır. Belə ki, məscidin içərisində kol-kos bitib, üzəri isə tamamilə dağıdılıb. Baku TV sözügedən dini abidənin görüntülərin

19.05.2024 134
.

Dunay çayında gəmilər toqquşub, ölənlər

Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Ölkə polisinin məlumatına görə, faciəvi hadis

19.05.2024 126