23 yaşlı azərbaycanlı Aida İsveçdə yüksək vəzifəyə təyin edildi - FOTO

23 yaşlı azərbaycanlı Aida İsveçdə yüksək vəzifəyə təyin edildi - FOTODaha bir həmvətənimiz Avropada dövlət qulluğunda yüksək vəzifəyə təyin olunub.
23 yaşlı İsveç vətəndaşı olan azərbaycanlı gənc qız Aida Kiani İsveçdə yüksək vəzifəyə təyin olunub.

İsveçin Malmö şəhər meriyasına təyinat alan Aida haqqında Malmö kommunasının mətbuat xidməti özəl reportaj hazırlayıb.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

Jurnalist Aidə Kianıni başladığı iş haqqında soruşub və ona meriyadakı fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Aidə Kiani 1994-cü ildə İsveçin Motala şəhərində anadan olub. O, Avropanın tanınmış Azərbaycan diaspor və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kianinin qızıdır.

Aida Kiani Malmö Dövlət Universitetinin Beynəlxalq əlaqələr və dövlət qulluqçuluğu fakültəsinin bu ilki məzunudur. Tələbə dövründə də Malmö şəhər bələdiyyəsində əvvəlcə praktika, daha sonra yay aylarında çalışaraq dövlət qulluqçuluğu sahəsində təcrübə qazanıb. Bu ilin oktyabr ayından etibarən isə şəhər meriyasında hökümət seçkiləri üzrə Malmö şəhərinin baş koordinatoru kimi yüksək vəzifəyə təyin olunub.

İsveçdə doğulub böyüməsinə baxmayaraq, doğma Azərbaycan, isveç, ingilis və danimarka dillərində sərbəst danışan Aidanın gələcək arzularından biri Azərbaycan və İsveçin birgə müştərək layihələr üzərində işləməkdir.

mənbə: olke.az

23 yaşlı azərbaycanlı Aida İsveçdə yüksək vəzifəyə təyin edildi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3022   Tarix: 07 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ Alyaskaya əlavə qüvvələr göndərir

ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir, çünki Rusiya və Çinin regionda daha aktiv fəaliyyət göstərdiyini düşünür. bu barədə TASS-a istinadən xəbər verir. Məlumata görə, ABŞ silahlı qüvvələri Alyaska yaxınlığında tədricən mövcudluğunu artırır, Rusiya və Çinin hərbi fəaliyyətinin artması səbəbində

21.09.2024 248
.

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb

Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsin

21.09.2024 238
.

Yaponiya 130 mindən çox insanın təxliyə edildiyini açıqlayıb

Yaponiyanın Honsü adasının qərbindəki İşikava prefekturasının yeddi şəhər və qəsəbəsində 131,4 min nəfərin təxliyəsi elan edilib. "Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Ərazidə davam edən yağışlar artıq bir nəfərin ölümünə, 6 nəfərin itkin düşməsinə səbəb olub. Ərazidə

17:00 94
.

Sabah Bakıda 27, rayonlarda isə 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19 isti, gündüz 23-27 isti olacaq

13:27 162
.

Babasının evindən pul, pensiya kartları və qızıl oğurlayan şəxs ələ keçdi

Astarada oğurluq əməlini törədən şəxs saxlanılıb. APA-nın verdiyi xəbərə görə, Astara rayonunun Şahağacı kəndində yerləşən evlərin birindən oğurluq edilib. Ev sahibi 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib

16:20 104
.

Xəzərdə yaradılmış süni torpaq sahəsinin tikintisi üçün şəhərsalma əsaslandırılması tələb edilməyəcək

Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərin

21.09.2024 261
.

Rusiya XİN: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etmək niyyətində deyil. bu barədə RİA Novosti-yə istinadən xəbər verir. Bununla da, o, Volodimir Zelenskinin noyabrda ikinci sülh sammiti keçirmək və Rusiyanı dəvət etmək niyyət

14:00 127
.

Bakıda FACİƏ: 5 yaşlı uşaq binadan yıxıldı

Bakının Sabunçu rayonunda körpə binadan yıxılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü İsmayılov Əli Tahir oğlu binanın ikinci mərtəbəsindən yıxılıb. Uşaq ağır xəsarətlər alıb. Əli İsmayılov ağır vəziyyətdə xəstəxanaya çatdırılı

00:34 579
.

Politico: ABŞ İraqdan qoşunların çıxarılması planlarını elan edəcək

ABŞ gələn həftə İraqdan Amerika hərbi kontingentinin çıxarılması planlarını elan etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat verib. Nəşrə görə, Amerika qoşunlarının çıxarılması planının razılaşdırılmas

14:40 129
TOP MP3