Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLAR

Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLARAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarının zona turnirləri Bakı şəhərində davam etdirilir.

BiG.AZ xəbər verir ki, turnirin iki gün (7-8 noyabr) davam edəcək ilk mərhələsində Bakının 6 rayonu (Binəqədi, Yasamal, Səbail, Nəsimi, Qaradağ, Nərimanov rayonları) üzrə 120 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq idmanın nərd, dama, şahmat, stolüstü tennis, qol güləşi (armrestlinq) növləri üzrə yarışacaqlar. Paytaxt üzrə turnirin növbəti mərhələsi isə noyabrın 14-15-də keçiriləcək və həmin yarışlarda Bakının digər rayonlarından olan müvafiq şəxslərin iştirakı təmin olunacaq.

Bundan əvvəl isə Xaçmaz, Şəki, Sabirabad rayonlarında və Mingəçevir şəhərində zona yarışları təşkil olunub. Zona yarışlarının bu ay ərzində həmçinin Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərində və Lənkəran rayonunda da keçirilməsi planlaşdırılır. Zona turnirlərində fərqlənənlər yarışların final mərhələsində iştirak hüququ qazanırlar. 3 Dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində isə yarışların qaliblərinin mükafatlandırılması həyata keçiriləcək.

Ümumilikdə 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarında iştirak etmək üçün qeydiyyata alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən keçirilən bu yarışlar əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların idmana, o cümlədən stolüstü idman oyunlarına maraqlarının dolğun şəkildə təmin olunmasına, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə, həmin insanların cəmiyyətə fəal inteqrasiyası məqsədinə xidmət edir.
Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLARƏlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLARƏlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLARƏlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLARƏlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLARƏlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLARƏlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLARƏlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 880   Tarix: 07 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 565
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 285
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 339
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 332
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 340
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 259
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 276
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 275
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 346