BMT-nin tədbirində Azərbaycandakı təkmil dövlət xidmətləri haqqında danışılıb - FOTOLAR

BMT-nin tədbirində Azərbaycandakı təkmil dövlət xidmətləri haqqında danışılıb - FOTOLARNoyabrın 6-da Avstriyanın Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 7-ci sessiyası başlayıb. Tədbirdə Konvensiyaya tərəf 183 dövləti, müşahidəçi statusuna malik ölkələri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını təmsil edən 1800-dən çox nümayəndə iştirak edir.

BiG.AZ xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov təmsil edirlər.

Konfransın 7-ci sessiyasında BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrasına nəzarət mexanizmləri, texniki yardım, aktivlərin geri qaytarılması, preventiv tədbirlər, beynəlxalq əməkdaşlıq və digər sahələr üzrə müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri İnam Kərimov tədbirin açılış mərasimində çıxış edib, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan və dövlət proqramlarından danışıb. O, Azərbaycanın genişmiqyaslı islahatların həyata keçirildiyi, regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin reallaşdırıldığı, sabitlik, multikulturalizm və yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən məkan olduğunu diqqətə çatdırıb, ölkəmizin Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 35-ci yerə layiq görüldüyünü bildirib.

Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamət təşkil etdiyini deyən İ.Kərimov ölkəmizin təkmil antikorrupsiya qanunvericiliyinə malik olduğunu, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış orqanların bu sahədə sistemli fəaliyyət göstərdiyini qeyd edib.

İnam Kərimov Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, Azərbaycan brendi olan "ASAN xidmət"in uğurlu fəaliyyəti, xarici ölkələrin bu modelə maraqlı olması və bəzi ölkələrin artıq "ASAN xidmət" modelini tətbiq etməsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, təsis edildiyi vaxtdan indiyədək "ASAN xidmət" 11 mərkəzi və mobil xidmətləri ilə 18 milyondan çox vətəndaşa xidmət göstərib. Əhaliyə göstərdiyi yüksək səviyyəli xidmətə görə 2015-ci ildə "ASAN xidmət" BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Konfransın gedişində "ASAN xidmət" brendinin tarixini və fəaliyyətini əks etdirən jurnallar iştirakçılara təqdim olunub.

Tədbir çərçivəsində, həmçinin nümayəndə heyətinin digər üzvlərinin də çıxışları nəzərdə tutulur.

Konfrans işinə noyabrın 10-da yekun vuracaq.
BMT-nin tədbirində Azərbaycandakı təkmil dövlət xidmətləri haqqında danışılıb - FOTOLARBMT-nin tədbirində Azərbaycandakı təkmil dövlət xidmətləri haqqında danışılıb - FOTOLARBMT-nin tədbirində Azərbaycandakı təkmil dövlət xidmətləri haqqında danışılıb - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 490   Tarix: 07 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

Trampdan ABŞ müdafiəsi üçün təklif: "İsraildəki sistemə ehtiyacımız var"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə "Dəmir günbəz" raketdən müdafiə sistemi yaradacağına söz verib. O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. "Ölkəmizin üzərində "Dəmir günbəz" tikəcəyik. Bu

18.05.2024 87
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18.05.2024 184
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib. "Report" xəbər verir ki, bu barədə RTVS xəbər portalı məlumat yayıb. Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasınd

18.05.2024 98
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 114
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175