Azərbaycanda bu şəxslərin pensiyasında artım olub

Azərbaycanda bu şəxslərin pensiyasında artım olub"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər nəticəsində işləyən pensiyaçıların pensiyalarında əhəmiyyətli artımlar olub.

Bu haqda BiG.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, işləyən yaşa görə əmək pensiyaçılarından bu günədək artıq 7,7 min nəfərin aylıq pensiyası orta hesabla 175,7 manat artırılıb:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların davamı olaraq, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər bu sistemin adekvat sığorta təminatı prinsipi üzərində təkmilləşməsinə və uzunmüddətli inkişafına etibarlı əsas yaradaraq, eyni zamanda pensiyaçı əhalinin mənafelərinin daha dolğun ifadəsinə imkan verib.

Bunun növbəti əyani təsdiqi olaraq, qeyd edilən son dəyişikliklər yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işləməkdə və bununla da pensiya kapitallarını artırmaqda davam edən şəxslərin pensiyalarının yenidən hesablanaraq əhəmiyyətli şəkildə artırılmasına əsas yaradıb. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.

Halbuki 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş qanun yaşa görə pensiyaya çıxmış şəxslərə pensiya təyin olunduqdan sonra uzun illər işləmələrinə və müəyyən məbləğdə kapital toplamalarına baxmayaraq pensiyalarını işlədikləri dövrdə yenidən hesablatdırmağa imkan vermirdi. Yəni yaşa görə pensiyaya çıxmış şəxslər işləməkdə, pensiya kapitallarını toplamaqda davam etsələr də, yalnız əmək fəaliyyətini tam dayandırdıqdan sonra pensiyalarını yenidən hesablatdıra bilərdilər. Göründüyü kimi, "Əmək pensiyaları haqqında" Qanuna edilmiş son dəyişikliklər bu məhdudiyyətin aradan qalxmasına səbəb olub.

Həmin dəyişikliklərə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən şəxslərin müraciətləri əsasında onların pensiyalarının yenidən hesablanaraq artırılması həyata keçirilir. Bu günədək respublika üzrə 7 692 nəfər pensiyaçı bu hüquqdan yararlanıb və onların pensiyasının aylıq məbləği orta hesabla 175,7 manat artırılıb. Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği isə 1, 35 mln. manat təşkil edib.

Hazırda da bu proses davam edir və vətəndaşlar müraciət etdikdə onların hüququ yaranıbsa, pensiyalarının yenidən hesablanaraq nəticəsinə müvafiq məbləğdə artırılması həyata keçirilir.
Pensiyaçı vətəndaşlar, xüsusilə də elm və ali təhsil müəssisələrində işləməkdə davam edən yaşa görə pensiyaçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdikləri müraciətlərdə onların sosial müdafiəsinin gücləndirilməsinə, maddi təminatlarının artırılmasına xidmət edən belə bir mütərəqqi islahat tədbirini yüksək dəyərləndirir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarlını ifadə edirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3103   Tarix: 07 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 151
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 432
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 490
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 138
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 587
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 155
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 443
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 124
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26.04.2024 1363