Rauf Məmmədov: "Sübut etdik ki, Azərbaycan çox güclü şahmat ölkəsidir"

Rauf Məmmədov: "Sübut etdik ki, Azərbaycan çox güclü şahmat ölkəsidir""Açığı, emosiyalar 2009-cu ildəki kimi deyil. Çünki həmin vaxt ilk dəfə çempion olmuşduq və mərhum Vüqar Həşimov da bizimlə idi. İndiyədək o hisslərlə yaşayıram. Bu dəfə isə başlanğıcımız elə oldu ki, İtaliyaya uduzduq, üçüncü turda İspaniya ilə heç-heçə etdik. Amma sonluq yaxşı alındı və 3 qat Avropa çempionu olduq".

BiG.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Rauf Məmmədov Yunanıstanın Krit adasında 3 qat Avropa çempionu olduqdan sonra Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırarkən deyib. 29 yaşlı zəka ustası bildirib ki, 2016-cı ildə Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında istənilən səviyyədə çıxış edə bilmədikdən sonra bu çempionluq çox önəmlidir: "Əlbəttə, sevinirik. Bu dəfə qızıl medal qazanmaqla yenidən göstərdik ki, Azərbaycan çox güclü şahmat ölkəsidir".

Məmmədovun fikrincə, Azərbaycan yığmasının çempionluq yolu Ermənistan üzərində VI turda qazandıqları qələbədən sonra açılıb: "Daha çox Ermənistan üzərində qələbəyə sevindik. Məhz o qələbədən sonra çempionluq yolumuz açıldı. Hamımız çalışdıq ki, üçüncü dəfə qitə çempionu olaq. VIII turda Rusiyanı demək olar ki, darmadağın etdik və o görüşün nəticəsi çempionluğa bərabər oldu. Həmin görüşə gün ərzində hazırlaşmaq və necə oynamaq çox önəmli idi".

Yarışda ən çox qələbə qazanan şahmatçı kimi də qızıl medal qazanmış təcrübəli şahmatçı həm də ilk dəfə 2700 reytinq balı yığmağa müvəffəq olub. Məmmədov öz oyununu belə dəyərləndirib: "İstəyirdim ki, 9 oyunun hamısında Azərbaycanı layiqincə təmsil edim. 3-4 görüşüm 6 saatadək davam etdi. Şəxsi turnirlərdə oynamaq bir az rahatdır. Lakin yığmada çıxış etdikdə sonadək oynamaq lazımdır".

Azərbaycan yığmasının üzvü qələbədə məşqçilərin də əməyini vurğulayıb: "Burada mənə kapitanımız Eltac Səfərli və 2013-cü ildə ikinci dəfə Avropa çempionluğu qazandığımız vaxt kapitanımız olmuş Aleksandr Xalifman kömək edirdi. Səfərli həm komandamızın ürəyi, həm beyni, həm də ilham mənbəyi idi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 07 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 1050
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

11:01 733
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

12:21 496
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

10:33 89
.

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisd

15:20 267
.

Qadının telefon şifrəsini həyat yoldaşı bilməlidirmi?

Azərbaycanda kişi həyat yoldaşını telefonun gizli şifrəsini ona vermədiyi üçün döyüb. Qaynarinfo xəbər verir ki, hadisə bu il fevral ayında Abşeron rayonunda baş verib. İşlə bağlı məhkəmə prosesində kişi məsuliyyətdən azad edilib. Bəs, qadının telefonun şifrəsini həyat yoldaşı bilməlidirmir? . "Təmi

12:03 322
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

17:12 71
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

17:05 69
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

20:15 0