"Ona sual ver ki, "sən hara, Lənkəranski hara?"" – Deputatdan avtoritet AÇIQLAMASI

"Ona sual ver ki, "sən hara, Lənkəranski hara?"" – Deputatdan avtoritet AÇIQLAMASI"Azərbaycanda kriminal avtoritetlərlə dostluq edənlərin səviyəsi onlar qədərdir. İndi kiminsə dostu "oğru" olanda ondan çəkinir və hörmət edirlər"- bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə Unikal.org-a müsahibəsində deyib.

-Araz müəllim, son günlər kriminal avtoritetlərlə bağlı xəbərlər gündəmi zəbt edib. "Maraqlısı" odur ki, bu aləmə dəstək verən şəxslər arasında ölkədə tanınan insanlar da var. Bu barədə fikirlərinizi bilmək istərdik...

-Kriminal avtoritetlərlə salaməleyküm belə etmək olmaz. Çünki normal, ziyalı insanlar belə adamlarla heç zaman münasibət qurmur. Bu cür adamlar bilir ki, avtoritetlər krminal yollarla pul və "nüfuz" qazanırlar. Belə olan halda müğənni, yazıçı, deputatın kriminal avtoritetlərlə nə işi ola bilər?
Son illər cəmiyyəti müğənnilər, avtoritetlər daha çox maraqlandırır. Həmçinin, kim kimi harda döydü, söydü, bu da əksər insanlar üçün maraq doğurur. Kitablar, yaxşı musiqilər heç kimi maraqlandırmır. Bu adamlar bir növ xalqın simasına dönüb. Hesab edirəm ki, kriminal avtoritetləri təqib edən insanların səviyyəsi elə onlar qədərdir.

-Onlara bu "sevginin" yaranmasına səbəb nədir?

-SSRİ dağıldıqdan sonra, müstəqillik illərində yenidənqurma zamanı Rusiyanın 8-10 sinif şagirdləri arasında sorğu aparıldı. 80 faizi demişdilər ki, butana (valyuta fahişəsi) olmaq istəyirlər. Belə dövrlərdə adətən mənəviyyat və digər məsələlər ölür. Hər şeyin başında pul dayanır. Pul dünyası da yəni, kapitalizim pulu hər şeydən üstün tutur. Əgər bəzi insanlar çətin yolla pul qazansaydılar, övladına 100 minlik maşın alıb verməzdilər ki, get divara çırp. Bunu edən də oğrudur. O adamlar asan, korrupsiya yolu ilə pul qazananlardır.

-Deməli, belə çıxır ki, övladlarına 100 minlik avtomobil alanlar oğrudurlar?

-Belə olmasaydı, onlar hansısa müğənniyə bir gecəyə görə 1 mənzil bağışlamazdılar. Ona görə, insanlar baxırlar ki, ən yaxşı yol oğru, müğənni olub pul qazanmaqdır. Bizdə əvvəllər öz zəhməti ilə, səsi ilə tanınan müğənnilərimiz olub. Onlar çox oxuyur, az qazanır və pullarının dəyərini bilirdilər. Amma indi hər yerindən duran müğənni olur. Nəyə görə? Çünki onlar bu yolla daha asan və çox pul qazanırlar.

-Azərbaycanda hazırda sənəti ilə məşğul olan, tanınan müğənnilər yoxdur?

-Azərbaycanda sənəti ilə məşhurlaşan iki müğənni tanıyıram. Biri Alim Qasımov, digəri isə Flora Kərimovadır. Bunlar sənəti ilə əsl müğənni olanlardır.

-Siz digərlərini normal müğənni kimi qəbul etmirsiz?

-Normalları var, amma o qədər də səsləri yoxdur. Elələri də var ki, sənətə can yandırır. Məsələn, Ədalət Şükürov, İlqar Muradov öz sənətlərinə can yandıranlardandır. Həm də mən inanmıram ki, bu iki insanın avtoritetlərlə əlaqəsi olsun. Çünki məqsədləri özlərini inkişaf etdirməkdir. Əksəriyətin həm səsi yoxdur, həm də öz üzərilərində işləmirlər. Televiziya da dəhşətli silahdır. Azərbaycan telviziyalarını izləyin. Səhər efiri müğənniləri oxutmaqdan və yemək bişirməkdən ibarətdir. Sonra gəlir sağlamlıq, müxtəlif növ musiqili müsabiqələri. Televiziyalarda nə vətənpərvərlik, nə siyasi verlişlər var? Təsəvvür edin uşaq səhər gözün açır, görür ki, müğənnilər oxuyur, yemək bişirilir. Müğənnilərin qazandığı pullar hesablanır. Bundan sonra da uşaq düşünür ki, mikrafon götürüb oxuyum və gedim asan yolla pul qazanım. Mənə vaxtilə televiziyaların birində mənəviyyatın aşağı düşməsi ilə bağlı sual verilmişdi. Cavab olaraq belə dedim. Vaxtı ilə Azərbaycanda hansısa ucqar kənddə istedadlı qız uşağı var idisə, Üzeyir bəy, Bülbül gedib sözügedən ailənin valideynlərini dilə tutub, sənətə gətirərdilər. Amma indi televiziyalarda musiqi müsabiqələri keçirilir. Baba öz istedadsız nəvəsini sözügedən müsabiqədə iştirak etmək üçün gətirir. Məqsədi televiziyada tanınıb, toylardan pul qazanmaqdır. Bax, belə olan halda hansı mənəviyyatdan danışaq olar?!

-Bu gün müğənnilər və avtoritetlərin gündəmə gətirilməsi düşünülmüş addımdır, yoxsa...

-Hesab edirəm ki, səsi olmayan müğənniləri, krminalları xalqa media tanıtdırıb. Bundan başqa, insanların da bunları tanımasına səbəb xalqın həyat səviyyəsinin aşağı düşməsidir. Cəmiyyətdə mənəviyyatın aşağı düşməsi sonda bu problemlərə gətirib çıxarır. Əvvəllər kim gəlib desəydi ki, mənim dostum oğrudur ona pis baxar və cəmiyyətdən silərdirlər. İndi deyəndə ki, mənim dostum oğrudur, ondan çəkinir və hörmətlə yanaşırlar.

-Ötən il Rövşən Lənkəranskinin ölümü də ölkə gündəmini zəbt etdi. Bununla belə bəzi ziyalılarımız da onun dəfn mərasimində iştirak etdi. Rövşən avtoritet kimi deyil, daha çox milli qəhrəman kimi dəfn olundu.

-Allah rəhmət eləsin! Əvvəllər Azərbaycanda avtoritet Səməd Vurğun və digər yazıçılarımız idi. İndi isə Lənkəranskidir. Allah rəhmət eləsin, indi dünyasın dəyişib. Onun dəfn mərasimində baxın kimlər orada olub? Onlara sual ünvanlayın ki, "sən hara, Lənkəranski hara?" Mən ümumiyətlə, belə təm-təmtərəqla oğruların dəfn olunmasının əleyhinəyəm.

-Yəqin, siz həmkarınız Fəzail Ağamalını nəzərdə tutursunuz. O, açıqlamasında bildirdi ki, Rövşən onun yaxın qohumudur.

-Çox qəribədir. Mən bilən həmkramın Lənkəran tərəfdə qohumu yoxdur.

-Bəs, nə üçün belə deyirdi?

-(Gülür) Əşi, mən nə bilim? Bu sualı siz ona verin, mənə yox.

-Fəzail müəllim bildirdi ki, Canıyev onun yaxın qohumudur və buna görə də dəfndə iştirakı özünə borc bilib.

-Siz də götürüb araşdırın. Görün, o adamın orada qohumu var ya yox?

-Tutaq ki, Rövşən Fəzail müəllimin qohumu deyil. Bəs, o nəyə görə orada iştirak edib? Sizin versiyanız nədir?

-Mənim bildiyimə görə, onun Lənkəranda qohumu yoxdur. Yas mərasimində iştirakına gəldikdə isə, siz ona sual verməlisiz. Deyin ki, biz araşdırdıq gördük ki, sizin elə bir qohumunuz yoxdur.

-Axı, o adam deyirsə mənim qohumumdu, biz başqa nə sual verək?

- Mən bir daha deyirəm ki, onların ailəsinin o tərəflərdə qohumunun olmasından xəbərim yoxdur. Avrotitetlərə dəstək verənlərə baxın. Görün, özləri düz adamlardır? Mənim tanıdığım, bildiyim adamlar arasında avtoritetlərə dəstək verənlər yoxdur.

- Araz müəllim, siz müğənni Fədayə Laçını tanıyırdınızmı?

-Xeyr. Mənə köməkçim göstərdi ki, belə bir müğənni var. Avtoritetin qaçmağına kömək edib. Mənim matım qurudu, bağışlayın sözümə görə. Başa düşmürəm, bilərəkdən nəyə görə bu insan cinayətə getməldir? Mən bu barədə bir söz deyə bilərəm. Gəlin, mənəviyyatımızı itirməyək. Amma təəssüflər ki, mən özüm deyib, özüm eşidirəm. Belə tənqidi fikirlər səsləndirəndə özümə qarşı hətta qınaq da eşidirəm. Hazırda, məni bir millət vəkili olaraq əhalinin sosial vəziyəti, mənəviyyatımızın get-gedə aşağı düşməsi, uşaqlarımızın yaxşı təhsil alması düşündürür. Əsas bunlardır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2225   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetr

14:25 136
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 453
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 620
.

İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı

İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi

12:29 76
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

13:23 82
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

11:02 153
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 265
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 412
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 306