Pensiyalar artıb - Nazirdən AÇIQLAMA

Pensiyalar artıb - Nazirdən AÇIQLAMAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Məlumat mübadiləsi saatı" keçirilib.

BiG.AZ xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, "Məlumat mübadiləsi saatı"nın növbəti iclası pensiya təminatı və dövlət məşğulluq xidmətləri sahələrində ayrı-ayrı ölkələrlə təcrübə mübadilələrinin aparılması sahəsində görülən işlərə, nazirliyin nümayəndələrinin "Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Qazaxıstana, müvafiq tvinninq layihələri çərçivəsində Fransa və Litvaya səfərlərinin yekunlarına həsr olunub.

İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin əmək və sosial müdafiə sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən son illərdə mühüm islahatların həyata keçirildiyini vurğulayıb: "İslahatların bir istiqaməti kimi, hələ 2006-cı ildən sosial sığorta, fərdi uçot və pensiya təminatı üzrə funksiyaların vahid mexanizm əsasında bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi qurulub. Dövlət başçısının müvafiq sərəncamları ilə bərabər bu sistemin yaratdığı imkanların nəticəsi olaraq, ötən dövrdə pensiyaların mütəmadi artımı müşahidə olunub. Hazırda ölkə əhalisinin 13,5%-i (1 milyon 330 min nəfər) əmək pensiyası alır və pensiyaların orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Cari ildə növbəti islahat olaraq pensiya qanunvericiliyində edilmiş son dəyişikliklərlə tam sığorta əsaslı pensiya təminatı sisteminə keçilməsi işləyən əhalinin gələcək layiqli pensiya təminatı hüquqlarının formalaşmasında iştirakının aktivləşməsinə, bununla da etibarlı maliyyə dayaqları üzərində bu sistemin uzunmüddətli inkişafına yönələn uğulu addım olub. Bu sahədə bizim islahatlarımız, eləcə də pensiya təminatına əsas verən sığorta kapitalının toplanmasında vətəndaşlara öz fərdi hesablarına əlavə vəsait daxil edə bilmək imkanının yaradılması və s. beynəlxalq qurumlar tərəfindən də müsbət təcrübə kimi yüksək dəyərləndirilir. Cari ilin sentyabr ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən Qazaxıstan Respublikasında təşkil olunmuş beynəlxalq konfransda da ölkəmizdə müvafiq sahədə aparılan islahatlar barədə məlumatlar böyük maraq doğurub".

Nazir bildirib ki, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində "Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" adlı yeni tvinninq layihəsi icra olunur: "Bu layihə də bizə ölkəmizdə pensiya və sosial müdafiə sistemində elektron audit sisteminin yaradılmasında, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsində, məcburi və könüllü sosial sığortalanma sisteminin strateji planlaşdırma mexanizmlərinin inkişafında və s. dəstək verir. Layihə bu sahələrdə gələcək islahatlarla bağlı Avropa ölkələrinin qabaqcıl təcrübələrini öyrənməyə imkan yaradıb. Fransanın müvafiq qurumları ilə əməkdaşlıqda artıq müvafiq işlərə başlanılıb və bununla əlaqədar nazirliyin əməkdaşlarının Fransa təcrübəsinin öyrənilməsi üçün ötən ay bu ölkəyə səfəri təşkil olunub".

S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə məşğulluq xidməti əməkdaşlarının işçilərinin say həddinin ümumilikdə 2,5 dəfə artırılması, beləliklə, ölkədə əhalinin sayına nisbətdə məşğulluq xidmətinin kadr potensialının beynəlxalq normaya uyğunlaşdırılması məşğulluq xidmətləri sisteminin inkişafına yüksək səviyyədə önəm verilməsinin növbəti təsdiqidir: "Hazırda məşğulluq orqanlarının fəaliyyətinin modernləşdirilməsi və səmərəliliyinin, əmək bazarında rolunun artırılması, institusional potensialının gücləndirilməsi, məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və s. qarşıda duran əsas vəzifələrdir. Eyni zamanda, əmək bazarının monitorinqi və proqnozlaşdırılması ilə bağlı təkmil sistemin, peşəyönümü sahəsində yeni xidmətlərin yaradılması, kvota sistemi ilə paralel olaraq, əmək bazarına inteqrasiyada çətinlik çəkən insanlar üçün səmərəli aktiv əmək bazarı proqramlarının hazırlanması aktual məsələlərdir. Ötən ay təqdimatı olan "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" adlı yeni tvinninq layihəsi bizə həmin sahələr üzrə qabaqcıl Avropa təcrübəsi ilə yaxından tanışlığa, bu məqsədlə Litvanın müvafiq qurumları ilə əməkdaşlığa şərait yaradıb".

İclasda "Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirakla əlaqədar nazirliyin nümayəndələrinin Qazaxıstana səfərinin yekunu barədə təqdimat edilib. Həmçinin, nazirliyin nümayəndələrinin "Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində ƏƏSMN-nə dəstək" adlı tvinninq layihəsi çərçivəsində Fransaya və "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində ƏƏSMN-nə dəstək" adlı tvinninq layihəsi çərçivəsində Litvaya səfərlərinin nəticələri ilə bağlı təqdimatlar olub. İclas təqdim olunan məlumatlar əsasında müzakirələrlə davam edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4864   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 160
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 128
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 256
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

06.05.2024 357
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 165
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

06.05.2024 748
.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. APA xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir

06.05.2024 175
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

06.05.2024 251
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

06.05.2024 165