23 yaşlı vəkil 91 yaşlı ulu nənəsi ilə evləndi - FOTO

23 yaşlı vəkil 91 yaşlı ulu nənəsi ilə evləndi - FOTOArgentinada 23 yaşlı vəkil Maurisio Ossola nənəsinin anası, 91 yaşlı Yolanda Torreslə evlənmişdi.

BiG.AZ milli.az-a istinadən bildirir ki, Ossolanın dediyinə görə, ulu nənəsini çox sevirdi və onunla "bəxtəvər ailə həyatı yaşayacağına əmindi".

Toydan 14 ay sonra Y.Torres sepsisdən vəfat edib.

Yolandanın nəticəsi və həm də dul qalmış əri M.Ossola indi mərhumun təqaüdünü almağa çalışır.

O, iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

"Bu nikah Yolandanın istəyi və arzusu idi. Nikahımız və toyumuz çox sadə keçdi. İndi Yolanda yoxdur və ona çatacaq aylıq təqaüdü də dul qalmış ər qismində mən almalıyam", - Argentinanın şimal-qərbindəki Salta şəhərində yaşayan M.Ossola deyib.

Maurisionun valideynləri 8 il əvvəl boşananda anası onu Buenos-Ayresdən Saltaya, nənəsigilə aparmışdı.

Şəhərin Tres səmtində anası, qardaşı, nənəsi və nənəsinin anası Yolanda Torreslə yaşamış Maurisionun dediyinə görə, ulu nənəsinə vurulmuşdu, onu sevirdi.

"Onu çox sevirdim. Bəxtəvər ər-arvad idik. Onun vəfatından hələ də özümə gələ bilmişəm. Bu itkinin ağrısı ömrümün sonunadək mənimlə qalacaq", - M. Ossola deyib.

Onun sözlərinə görə, "Ulita" adlandırdığı Yolanda ilə evlənmək niyyətini açıqlayanda anası və qohumları sinirləniblər, buna etiraz ediblər. Lakin nikaha kimsə mane ola bilməyib.

Maraqlıdır ki, mərhum Y.Torresin qonşuları bu evlilik barədə heç nə bilmirlər.

Qonşuların dedikləri Maurisionu qəzəbləndirib: "Mən o qonşuları, onlar da məni tanımırlar. Belədirsə, şəxsi həyatım barədə nə bilə bilərlər axı?!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3073   Tarix: 02 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 412
.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 216
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 524
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 301
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

16:42 199
.

78 yaşlı Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR

Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa "Kipr şəhidlərinin anım mərasimi və veteranlarla görüş" adlı mərasimə qatılacaqdı. Lakin o səhhətində yaranan problem səbəbi ilə bu səfərini ləğv edib. Aprelin 30-da aktrisaya pnevmaniy

15:27 493
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 493
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 620
.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

06.05.2024 321