"Qoca"nın qaçdığı maşından çıxanlar: "Makarov", qumbara...

"Qoca"nın qaçdığı maşından çıxanlar: "Makarov", qumbara...Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri "Qoca" ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

BiG.AZ xəbər verir ki, 2017-ci il oktyabr ayının 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

Məlumatın dəqiqləşdirilməsi məqsədilə aparılan yoxlamalarla Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.

Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılaraq tutulub.

Cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd "Makarov" markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülüb.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3878   Tarix: 02 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29.04.2024 354
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 129
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

29.04.2024 120
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 176
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

29.04.2024 872
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 173
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 430
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

29.04.2024 183
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 172