"Qoca" ləqəbli Etibar Məmmədov həbs edildi: Atışmada ölənlər var
Bakının Qaradağ rayonunda silahlı insident baş verib.
BiG.AZ "Report"a istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları ilə "Qoca" ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.
Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca" ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E. Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub.
Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Silahlı insident zamanı daha iki nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 9281 Tarix: 02 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 207 Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
19:45 57 Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş
Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib
11:58 274 Bu ərazilərdə 13° şaxta olacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
12:52 246 Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?
Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin
15:03 347 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
16:10 176 Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 231 Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 182 "Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu
Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə
11:56 314