Space tv-nin "Ad günü"

Space tv-nin "Ad günü"Bu gün Azərbaycanın televiziya məkanında yayımlanan verilişlərin eyni formatda və məzmunda olması sözsüz ki, tamaşaçıları yorur və bəzən bu narazılıqlara səbəb olur. Bununla yanaşı bir çox verilişlərin əsasən Türkiyə kanallarında yayımlanan verilişlərin oxşarı olmasıda problemli məsələlərdəndir. Əslində bu gün dünyanın televiziya məkanında bu problem yaşanır və demək olar ki, əsas ideyalar Rusiya və Avropa televiziyalarında ixrac olunur. Amma bununla yanaşı Azərbaycanın özündə də maraqlı ideyalar ortaya çıxır və texniki imkanlar məhdud olsada bunları reallaşdırmaq mümkün olur. Belə verilişlərdən biri də Space tv-də yayımlanan "Ad günü" verilişidir. Bu verilişdə maraqlı olan məqamlar bəs nədir?
Verilişi ilk növbədə maraqlı edən ilk məqam aparıcıdır. Aparıcı Əkbər Əlizadənin peşəkar aktyor olması ilk diqqəti cəlb edən məqamdır. O, məhz aktyorluq məharətindən istifadə edərək hər verilişin özünəməxsus ab-havasını formalaşdıra bilir. Hətta bəzən fərqli buraxılışlarda eyni qonaqlar olsada yaradılmış ovqata görə qonaqlar fərqli aspektdə təqdim edilir və yoruculuq müşahidə olunmur. Bu isə aparıcının əsas uğurudur. Teleməkanda diqqəti cəlb edən "Ad günü" verilişinin aparıcısı həm də səlis danışığı, azərbaycan dilinin incəliyini bilməsi ilə fərqli durum yaradır. Əkbər Əlizadə tək-tük aparıcılardandır ki, səlis azərbaycan dilində danışır və rus sözlərindən demək olar ki, istifadə etmir. Buna görə fikrini səlis ifadə edir və əsl efir dilində ünsiyyət yaradır. Əkbər Əlizadənin başqa bir üstünlüyü isə qonaqlarını aşağılamaması və onları tamaşaçıya daha səmimi şəkildə təqdim etməsidir. Bu gün aparıcılarda maraqlı bir "xəstəlik" yaranıb və bu "xəstəliyin" kökündə özünü daha ağıllı göstərməyə cəhddir. Amma Əkbər Əlizadə də bu xəstəlik yoxdur və nə qədər populyarlaşırsa bir o qədər də tamaşaçıya yaxınlaşır.

Nəhayət verilişin maraqlı olma məqamlarından biri də niyyətinin aydın olmasıdır. Hər buraxılışda tanınmış simalardan kimlərinsə ad günü keçirilir və bunun çox maraqlı efir formatı tapılıb. Bir tərəfdən qonaqlar ad günü olan şəxsin şəxsi keyfiyyətlərini tamaşaçıya çatdırır, digər tərəfdən isə musiqi nömrələri ilə çıxış edirlər. Buna görə verilişdə heç vaxt ucuz şouya üstünlük verilmir və tamaşaçının zövqü nəzərə alınır. Ümumiyyətlə yeni televiziya sezonunda Space tv-də maraqlı verilişlər hazırlanır və marifləndirmə gücü daha çox hiss olunur. Bu baxımdan peşəkar aparıcılar Orxan Fikrətoğlunun və Elçin Əlibəylinin də bu kanala gəlişi ciddi addım oldu. Kanalın prezidenti Vaqif Mustafayevin ideyası ilə reallaşdırılan bu yeniliklər sözsüz ki, Space tv-nin auditoriyasının genişlənməsinə də müsbət təsirini göstərir. Beləliklə qeyd etmək olar ki, "Ad günü" verilişi də başda olmaqla Space tv, televiziya məkanına yeniliklər gətirə bildi.

Sevda Əliyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1581   Tarix: 01 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109