24 ermənini məhv edən 24 yaşlı zabit - FOTOLAR

24 ermənini məhv edən 24 yaşlı zabit - FOTOLARSSRİ-nin ilk və sonuncu prezidenti Qorbaçovun imzaladığı sonuncu fərmanlardan biri də 17 sentyabr 1991-ci ildə ölümündən sonra leytenanat Oleq Babaka Sovet İttifaqı Qəhrəmanı adının verilməsi olub. Və bununla da süquta uğrayan SSRİ-nin tarixinə 24 yaşlı Oleq Babak sonuncu qəhrəman kimi düşüb.

Milliyətcə ukraynalı olan gənc zabit Rusiyada, Ukraynada Babak soyadı ilə qəhrəman kimi tanındığı halda, o, Azərbaycanda Babək kimi yaddaşlarda qalıb.

BiG.AZ modern.az-a istinadən Oleq Babak haqqında yazını təqdim edir.

Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, orta təhsilini başa vurduqdan sonra 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi məktəbinə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında xidmət edib.

Ermənilər Qarabağla bağlı yersiz torpaq iddiasına başlayanda və artıq 1991-ci ildə Qubadlı münaqişə zonasına çevriləndə Oleq Babak mart ayında ictimai asayişin qorunması üçün komandiri olduğu bölüklə birgə rayonun Yuxarı Cibikli kəndinə ezam olunub. Çox qısa bir müddət ərzində kənd sakinlərinin doğma bir adamına çevrilib. Yerli əhalinin təhlükəsizliyini qoruyan gənc zabit bu ərəfədə ermənilərin dinc sakinlərə qarşı basqılarının şahidi olub.

Həmin ilin aprel ayının 7-də baş verən hadisə isə Oleq Babak üçün son dözüm həddinə çevrilib. Belə ki, iki nəfər kənd sakininin erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi Babakın səbrini tükəndirib. Gənc zabit təmas xəttinə gələrək meyitlərin təhvil verilməsini və erməni quldurlarının geri çəkilməsini tələb edib. Buna məhəl qoymayan ermənilər Babakın tələbəni atəşlərlə qarşılayıb.

Vəziyyətin gərginliyini, kənd sakinlərinin real təhlükədə olduğunu hiss edən Babak öz qəti qərarını verib. O döyüşçü yoldaşlarını kənd sakinlərini qorumaq üçün arxaya göndərib. Özü isə təkbaşına 70-ə yaxın erməni yaraqlıları ilə döyüşə atılıb. Döyüşdən qabaq ermənilərlə danışıqlar aparan leytenant milliyətcə erməni olan kursant yoldaşının da cinayətkar erməni dəstəsinin sıralarında olduğunu bilib. Babak vəziyyətin sakit yolla həll olunmasını erməni zabitinə təklif edəndə "paqon" yoldaşı bu təklifə güllələrlə cavab verib. 30 nəfərə yaxın ermənini məhv edən Oleq Babak bu döyüşdə son damla qanınadək vuruşaraq qəhrəmancasına həlak olub.

Sonradan döyüş gedən əraziyə baxış keçirilərkən məlum olub ki, 24 nəfər erməni Babakın gülləsinə tuş gələrək yerindəcə məhv olub, 7 nəfər isə ölümcül vəziyyətdə yaralanıb.

Məhz Babakın bu qəhrəmanlığının hesabına yüzlərlə azərbaycanlının həyatı xilas olub.

Hələ Oleq Babak Yuxarı Cibikli kəndinə gəldiyi ilk günlərdə, özünün zabit şərəfini layiqincə nümayiş etdirəndə, erməni haqsızlığına dözmədiyini bildirində kənd sakinləri onu Babək adlandırmışdılar. Babak isə çox keçmədən bu xalq qəhrəmanının adını layiqincə doğrultdu və yaddaşlarda SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı olmaqla yanaşı, həm də Qubadlının Babəki kimi qaldı...

24 ermənini məhv edən 24 yaşlı zabit - FOTOLAR24 ermənini məhv edən 24 yaşlı zabit - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1395   Tarix: 01 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Latviyada təyyarə təcili eniş etdi - VİDEO

Latviyanın Adazi şəhərində təyyarə təcili eniş edib. BİG.AZ xəbər verir ki, təyyarə 2 nəfəri daşıyıb. Latviya polisinin bildirdiyinə görə, təcili enişə səbəb kanat hissədə yaranan texniki problemlər olub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Hadisə yerindən olan videonu təqdim edirik:

12:40 120
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

16:57 400
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 407
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 211
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

16:11 131
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

15:28 115
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

22:00 0
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

12:43 327
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

15:58 123