"Azərişıq" ASC xəbərdarlıq etdi: Oktyabrın 24-dən etibarən

"Azərişıq" ASC xəbərdarlıq etdi: Oktyabrın 24-dən etibarən

"Azərişıq" ASC abonentlərinə xəbərdarlıq edib.

Qurumdan BiG.AZ-a verilən məlumata görə, ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı oktyabrın 24-dən etibarən müvafiq qanunvericiliyə uyğun olaraq fərdi qaydada dayandırılır:

"Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. Yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız "Azərişıq" ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2868 Tarix: 26.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 26.10.2017
melumata gore tesekkurler
həyatdı da :)


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər