Milyonçunun qızı, prokuror bacısı 5 nəfəri öldürdü - VİDEO - FOTO

Milyonçunun qızı, prokuror bacısı 5 nəfəri öldürdü - VİDEO - FOTO"Ata, qorxuram... Həbsxanaya düşmək istəmirəm!"

Ukraynalı Yelena Zaytseva məhkəmə zalında ağlayırdı.

BiG.AZ milli.az-a istinadən bildirir ki, Y.Zayseva Xarkov şəhərində avtomobili ilə 5 nəfəri vuraraq qətlə yetirməkdə suçlanır.

Məhkəmədə o, əməlinə peşman olduğunu deyib.

Milyonçunun qızı, prokuror bacısı 5 nəfəri öldürdü - VİDEO - FOTO"Belə qəzanın baş verdiyinə, insanların vurulduğuna heyfislənirəm. Məni indi narahat edən yeganə məsələdir. Ümid edirəm ki, zərərçəkənlərin ailələri valideynlərimin yardımlarını qəbul edəcəklər", - Y.Zaytseva söyləyib.

Daha sonra o, şikayətlənib: "Qəzadan sonra özümü pis hiss edirdim. Tibbi yardım istədim. Tam müayinə tələb etdim. Kimsə qulaq asmadı".

Oktyabrın 18-də gecə saatlarında Ukraynanın Xarkov şəhərində Sumskaya və Meçnikov küçələrinin kəsişməsində Lexus RX 350 ilə Volkswagen Touareg toqquşublar. Aldığı zərbədən Lexus səkiyə çıxıb və 11 nəfəri əzib. Həmin an səkidə olan insanlardan 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Lexus RX 350-in sükanı arxasında N.Karazin adına Xarkov Milli Universitetinin sosiologiya fakultəsinin tələbəsi, 20 yaşlı Yelena Zaytseva vardı.

Y.Zaytseva xarkovlu milyonçu iş adamı, "Qruppa-Tayfun" şirkətlər qrupunun prezidenti Vasili Zaytsevin ögey qızıdır. V.Zaytsev habelə "Ukrenerqoçermet" şirkətinin sahibidir.

Milyonçunun qızı, prokuror bacısı 5 nəfəri öldürdü - VİDEO - FOTOQəzanın törədildiyi Lexus RX 350 də V.Zaytsevə məxsusdur.

Yelena Zaytsevanın qardaşı Dmitri Zaytsev Çerkassk vilayətinin baş prokurorunun müavinidir və hazırda haqqında cinayət işi açılıb, axtarışdadır.

Atasının puluna və qardaşının "nüfuz"una güvənən A.Zaytseva indiyədək dəfələrlə yol-hərəkəti qaydalarını pozub.

Y.Zaytsevanın vəkili, məşhur hüquqşünas Yuliya Kozır müvəkkili üçün ev dustaqlığı istəsə də, hakim bu vəsatəti rədd edib. Səbəb kimi Zaytsevanın növbəti məhkəmə prosesinədək zaminə buraxılacağı təqdirdə onun ailəsinin pullarından istifadə edərək Y.Zaytsevanın Ukraynadan qaçışına şərait yaradacağı ilə bağlı ehtimallardır.

Milyonçunun qızı müvəqqəti istintaq təcridxanasına göndərilib.

Məhkəmədə o da bildirilib ki, Y.Zaytsevanın sidiyinin analizi onun qəza zamanı narkotik maddələr qəbul etmiş vəziyyətdə olduğunu göstərib.

Qan analizi isə orqanizmdə narkotik maddə qalıqlarını aşkarlamayıb.

Bundan başqa, Y.Zaytsevanın atasının qəzada həlak olmuş şəxslərin ailə üzvlərini pulla ələ almağa, susdurmağa çalışdığı da bəlli olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4960   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27.04.2024 187
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

11:20 97
.

İran ələ keçirdiyi "MSC Aries" gəmisinin heyətinin taleyi barədə açıqlama verdi

İran Hörmüz boğazında saxlanılan "MSC Aries" gəmisinin ekipajını azad edəcək. İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında verilən məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian portuqaliyalı həmkarı Paulo Ranjel ilə telefon danışığı zamanı deyib

27.04.2024 201
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

12:50 0
.

Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanı

27.04.2024 188
.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

10:10 119
.

Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi

Ruanda soyqırımı 1994-cü ildə törədilən bir Fransa əməliyyatı idi. Bunu Ruandanın Ankaradakı səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqa Ruanda soyqırımının 30 illiyini anma mərasimindən sonra "Report"un Türkiyə bürosuna açıqlamasında deyib. Səfir bildirib ki, 30 il öncə Afrikanı

27.04.2024 201
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27.04.2024 321
.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

27.04.2024 225