Mitinqə gedən aktyor danışdı: "Bu mənim iştirak etdiyim birinci və axırıncı mitinqdir" - AÇIQLAMA

Mitinqə gedən aktyor danışdı: "Bu mənim iştirak etdiyim birinci və axırıncı mitinqdir" - AÇIQLAMAAkademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Abbas Qəhrəmanov mitinqdə iştirakıyla bağlı yaranan söz-söhbətlərə münasibət bildirib.

Bu barədə tanınmış aktyor Abbas Qəhrəmanov Ölkə.Az-a açıqlama verib və o mitinqdə təsadüfən iştirak etdiyini açıqlayıb:

"Həmin mitinqdə iştirakım təsadüfən olub və dövlət əleyhinə heç bir fikir səsləndirməmişəm. Bu fikrim kimdənsə çəkindiyim, qorxduğum üçün deyil. Bəlkə kimlərsə düşünəcəklər ki, mitinqə təsadüfən necə getmək olar? Doğrudan da mitinqə təsadüfən getmişəm. Sadəcə, xırdalıqları açıqlamaq istəmirəm. İndiyə kimi mitinqdə iştirak etməmişdim, ilk dəfəydi.

Təsadüfən getsəm də, müəyyən qənaətə gələ bildim. Biz kütləvi hərəkatdan uzaq adamlarıq, aktyoruq. Eqoistlik kimi çıxmasın ki, mənim şəraitim yaxşıdır, başqasını düşünmürəm. Əsla belə deyil. Cəmiyyəti də, insanları da fikirləşirik. Onlarsız biz yaradıcılıq qura bilmərik. Çünki teatr xalqla bağlıdır. Müəyyən təcrübəsi olan insan kimi demək istəyirəm ki, biz dünyəvi dövlət qururuq. Onlar bunu hiss etmirlər və başa düşmək istəmirlər. Burada qısqanclıq, yaxud görməməzlik var".

A.Qəhrəmanov qeyd edib ki, aktyorun mitinqə getməyində qəbahət yoxdur:

"Əslində, aktyorun mitinqə getməyində qəbahət yoxdur. Bu iqtidar dünyəvi, Avropa meyarlarına uyğun dövlət qurur. İnanın ki, mən bunu alqışlayıram. Dünyəvi dövlət olmadan yaşaya bilmərik. Sovet dövlətində olduğu kimi, yenə kolxoz teatrı, kolxoz cəmiyyətinin qurulmağını istəmirəm. İstəyirəm ki, yaxşı, kübar, zadəgan cəmiyyət qurulsun, digər təbəqələr də tədricən öz yerini tapsın. Təbiidir ki, bu proseslər çətinliklə gedir. Biz sovet ölkəsindən, konslagerdən çıxmışıq, bunu unutmayın. Avropayla müqayisə olunanda da reallığı nəzərə almalıyıq. Nəzərə almalıyıq ki, hansı regionda yaşayırıq, hansı hegemon, hüququ tanımayan dövlətin qonşuluğunda yaşayırıq. Rusiyanı nəzərdə tutub deyirəm. Bu vəziyyətdə kübar, zadəgan cəmiyyət yaratmaq bilirsinizmi nə deməkdir? Məsələn, teatrda işləyirəm və görürəm ki, müəyyən planlarım, fikirlərim çətin alınır. Nəyə görə? Çünki sovetdən qalma ənənə var. Sovet teatrından fərdi aktyor oyununa, fərdi rejissuraya gəlib çıxmaq çox çətindir. Məktəb yoxdur, ancaq ənənə var. Bizi hər zaman yönləndiriblər ki, bu sözü, bu ifadəni belə səsləndir. Sovetin qalıqlarıdır bunların hamısı. Öz yaradıcılığımda da bacardığım qədər çalışıram ki, həmin lazımsız ənənələr dağılsın və həyatımı da buna qoymuşam".
Əməkdar artistin sözlərinə görə kütləvi aksiyalar lazımsızdır:

"Ona görə düşünürəm ki, kütləvi aksiyalar, mitinqlər nə mənə, nə də cəmiyyətə lazım deyil. Hüquq tələb etmək lazımdır. Amma bunu fərdi qaydada etmək daha doğrudur. Bu mənim iştirak etdiyim ilk və son mitinq olacaq. Çünki buna ehtiyac yoxdur.

Şəxsən mənim işlədiyim teatrda mənimçün hər bir şərait yaradılıb. Akademik məvacib alıram. Əvvəllər bizə akademik maaş verilmirdi. Prezident İlham Əliyevin sərəncamı ilə bizə akademik status verildi, məvacibimiz iki dəfə qalxdı. Normal puldur. Heç kəsə xahiş etmədən Prezident mükafatı, əməkdar artist fəxri adı almışam. Hər ikisinə görə pul alıram, heç kəsdən xahiş etmədən filmlərə, seriallara çəkilirəm. Yaşayışımdan və yaradıcılığımdan çox razıyam. Teatrda təzəlikcə oynadığım tamaşaya görə də mükafat aldım. Hər şeyi oynamıram, hər rejissorla barışa bilmirəm. Özümün yaradıcı kaprizlərim, düşüncələrim var və bununla da razılaşırlar. Gözümçıxdıya salınmıram. Bizim teatr ənənələrimizin, məktəbimizin zəif olmağının səbəbi budur ki. sovetlər dönəmində sözümüzü əməlli-başlı deməyə imkan verməməkləridir. Biz müəyyən xətt üzrə inkişaf etdirilmişik. Həm müsəlmanıq, həm türkük. Ona görə də vəziyyətimiz çətindir. Kənar müdaxilələr təbii ki, olacaq. Ancaq mən bu dövləti həm bir vətəndaş, həm də aktyor kimi dəstəkləyirəm. Qoyun sakitcə rahat, dünyəvi bir ölkə qura bilək. Mən də hər zaman dövlətimin yanındayam".

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Şuranın mitinqində iştirak edən sənət adamları ilə bağlı məsələyə münasibət bildirərkən onları qınamışdı:

"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır.

Xatırladaq ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər İlqar Cahangir, Ayşad Məmmədov və Abbas Qəhrəmanov iştirak etmişdilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2780   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 354
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

15:35 215
.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

10:17 595
.

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

"Miss Azerbaijan 2013" Nərmin Səfərova ailə qurub. OLAY yazır ki, model Cənubi Koreyadan olan bəylə niklaha daxil olub. Onların toyları və çəkilişləri Bakıda baş tutub. Cütlüyün foto-videolarını Zeynal Məmmədli lentə alıb

14:31 458
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 354
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

29.04.2024 404
.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

12:59 272
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 201
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın xarici işlər naziri Parnpre istefa verib. xəbər verir ki, Nazirlər Kabinetində dəyişikliklər siyahısına əsasən, Parnpree baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb. Dəyişiklikdən sonra Parnpree məktubunu Baş nazir Sretthaya çatdıraraq, bu gündən etibarən Xarici İşlər Nazirliyindən və təyi

29.04.2024 252