Əlillərlə bağlı qanun dəyişdirilir: bəzi şəxslərin müavinəti kəsiləcək

Əlillərlə bağlı qanun dəyişdirilir: bəzi şəxslərin müavinəti kəsiləcəkAzərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcək.

BiG.AZ xəbər verir ki, Milli Məclisdən modern.az-a verilən məlumata görə, əlilik haqqında qanunlarda köklü dəyişikliklər və islahatlar aparılacaq.

Hazırda bununla bağlı qanun layihələrinin üzərində iş getdiyi vurğulanıb.

Qeyd edək ki, fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

Əlillərin maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər), dava-dərman, texniki və başqa vasitələrlə həyata keçirilir. O cümlədən onlara avtomobillər, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar verilir, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilir.

Hazırlanacaq yeni layihəyə əsasən isə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək.

Belə ki, sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək.

"Bunun adı isə fiziki və sosial baxımdan əlilliyin müəyyənləşdirilməsi olacaq",-deyə parlamentdən bildirilib.

Müavinətlərin kimlərə şamil olunacağı qaydaları da hazırlanacaq.

Milli Məclisdən bildirilib ki, bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq olunur.

Qeyd edək ki, Azərbaycanda uşaqpulunun verilməsində də bir neçə ildir bu praktika tətbiq olunur... Hazırda bütün ailələrə uşapulu verilmir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2354   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 36
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 118
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

27.04.2024 182
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 254
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

27.04.2024 386
.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

27.04.2024 147
.

Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi

Ruanda soyqırımı 1994-cü ildə törədilən bir Fransa əməliyyatı idi. Bunu Ruandanın Ankaradakı səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqa Ruanda soyqırımının 30 illiyini anma mərasimindən sonra "Report"un Türkiyə bürosuna açıqlamasında deyib. Səfir bildirib ki, 30 il öncə Afrikanı

27.04.2024 124
.

Azərbaycanda makler və övladları bıçaqlandılar

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb. "Unikal"ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib. Daşınmaz əmlakın satışı ilə məşğul olan Canpolad Qarayevin, övladları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib

27.04.2024 269
.

Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb. Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib. "İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinq

27.04.2024 532