Nəqliyyat nazirinin çəkdiyi daha bir yol ÇÖKDÜ - FOTOLAR

Nəqliyyat nazirinin çəkdiyi daha bir yol ÇÖKDÜ - FOTOLARBakı-Ələt avtomobil yolunun "20-ci sahə" adlanan ərazidən Bibiheybət məscidinə qədər hissəsi çöküb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, yolun Bibiheybət məscidindən şəhərə istiqamətində olan hissəsində bir neçə yerdə dərin çökmələr yaranıb. Nəticədə "Azəryolservis" ASC yolun çökən hissələrinə yamaqlar vurub. Buna baxmayaraq yolda çökmənin nəticələrini tam aradan qaldırmaq mümkün olmayıb, sürücülərin jarqonu ilə desək "iri qarmoşkalar" qalmaqdadır.

Yaxınlıqda yaşayanlar deyirlər ki, bu yolda sonuncu dəfə ötən ayın sonunda təmir işləri aparılıb, çuxurların üstünü asfaltla örtüblər.

Qeyd edək ki, bu avtomobil yolu "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı" çərçivəsində keçmiş Nəqliyyat Nazirliyi tərəfindən tikilib. Yolun çəkilişini həmin vaxt nazirliyin tərkibində olan "Azəryolservis" ASC (İndiki "Azəravtoyol" ASC) həyata keçirib.

"Azəravtoyol" ASC daha sonra- 2015-ci ildə Bakı-Ələt avtomobil yolunun "Bibiheybət" məscidindən şəhər mərkəzinə doğru olan istiqamətdə əsaslı təmir işləri aparılıb. Yolun asphalt örtüyü yenilənib, hərəkət ikiistiqamətli olub. Keçmiş Nəqliyyat Nazirliyinin rəsmi məlumatında yolun yüksək səviyyədə, müasir texnologiyalardan istifadə edilərək dünya standartlarına uyğun inşa edildiyi bildirilirdi.

Lakin cəmi 7 il əvvəl çəkilən və iki il əvvəl yenidən asfaltlanan yolda baş verən bu dərin çökmələr Nəqliyyat Nazirliyinin dövründə yol tikinti normalarının necə pozulduğunu bir daha göstərir. Mütəxəssislərə görə bu çökmələr yol yatağında bərkitmə işlərinin aşağı səviyyədə aparılmasının nəticəsi ola bilər.

Qeyd edək ki, Ziya Məmmədovun dövründə çəkilən Zığ şossesi (aeroporta gedən beton yol) və Bakı-Quba beton yolu da cəmi bir neçə il sonra sıradan çıxıb. Hansı ki, bu yollara 30 il təminat verildiyi deyilirdi.

Nəqliyyat nazirinin çəkdiyi daha bir yol ÇÖKDÜ - FOTOLARNəqliyyat nazirinin çəkdiyi daha bir yol ÇÖKDÜ - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1477   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 750
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 218
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 340
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 226
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

14:57 0
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 454
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 538
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 31
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

11:10 283