"Azərbaycan həbsxanaları dələduz iş adamları ilə doludur" — İsfəndiyar Axundov

"Azərbaycan həbsxanaları dələduz iş adamları ilə doludur" — İsfəndiyar AxundovSon vaxtlar Bakı və Sumqayıt şəhərlərinin ayrı-ayrı yerlərində yaşayan sakinlər tərəfindən redaksiyamıza şikayətlər daxil olur. Şikayətlər əsasən bəzi tikinti şirkətlərinin vətəndaşları aldatması, eyni mənzili başqa adamlara da satması və digər bu kimi dələduzluq məsələləri ilə bağlı olur. Problemin aktuallığını nəzərə alaraq, sözügedən məsələ ilə bağlı "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovla söhbət apardıq.

Beləliklə, İsfəndiyar Axundovun ölkə.az xəbər portalına müsahibəsini təqdim edirik.

– Son vaxtlar bir sıra tikinti şirkətlərinin vətəndaşları aldatması, bəzi MTK-ların bağlanılması və digər bu kimi məsələlərlə bağlı xəbərlər yayılır. Tikinti sektorunda təmsil olunan iş adamı kimi sizin bu cür xəbərlərə reaksiyanız necə olur?

– Azərbaycanda ayrı-ayrı tikinti şirkətlərinin vətəndaşa satdığı mənzillər dərhal dövlət qeydiyyatına salınmalıdır ki, bir mənzil 2-3 adama satılmasın. Mən bu təklifi bir neçə il öncə müvafiq dövlət qurumlarının rəhbərlərinə də söyləmişəm. Bir daha deyirəm ki, Azərbaycanda mənzillərin satışına sərəncam verilməsi işinə nəzarət edəcək dövlət qurumu yaradılmalıdır. Hazırda mən Azərbaycanla yanaşı, Türkiyə və Rusiyada da evlər tikirəm. Nümunə üçün deyim ki, Türkiyədə bu işlərə həm dövlət, həm də banklar nəzarət edirlər. Qardaş ölkədə əhaliyə satılan mənzillərin "kupça" sənədini də banklar özü verir. Üstəlik iş adamlarına vəsait də verilir. Bir neçə il öncə mən müvafiq dövlət rəsmilərimizə də bu təklifi söyləmişəm. Həmin vaxt bir görüş keçirildi. Görüşdə mənimlə yanaşı, fövqaladə hallar naziri Kəmaləddin Heydərov, Baş prokuror Zakir Qaralov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər iştirak edirdilər. Görüşdə mən bu təklifi irəli sürmüşdüm.

Demişdim ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni tikilən mənzillərin satışına dövlət nəzarəti olmalıdır. Mənim bu təklifi əksəriyyət tərəfindən bəyənilsə də, bəzi adamların xoşuna gəlməmişdi. Mən bir daha söyləyirəm ki, mənzil satılan andan dövlət qeydiyyatına keçirilməlidir. Yəni, mənzil alan şəxs birinci şirkətə, sonra isə müvafiq dövlət qurumuna gedib mənzilin qeydiyyatını həyata keçirməlidir. Yalnız bundan sonra həmin mənzil sahibinə verilə bilər. Belə olan halda bir mənzili 2-3 nəfərə heç kəs sata bilməz. Bu problemin həllinə nail olmağın ən sadə yolu budur. Mənzil satılan kimi dövlət qeydiyyatına düşməlidir. Əgər dövlət əhaliyə satılan mənzillərə, vətəndaşın nə qədər pul ödəməsinə və digər bu kimi məsələlərə bilavasitə nəzarət edərsə, o zaman heç bir tikinti şirkəti insanları aldada bilməz.

– Səmimi deyin, oxşar hallar sizin şirkətdə də olubmu?

– Xeyr, əsla bizdə belə hallar olmayıb. Bilirsiniz, bəzən dələduz tikinti şirkəti rəhbərlərinin əhalini aldatması üzündən biz də ziyana düşmüşük. Misal üçün, bir neçə il öncə "Muray" MTK ilə bağlı da problemlər yaranmışdı. Mən onlara köməklik etmişdim, həmin şirkətin aldatdığı vətəndaşlardan bir neçəsinə ev də vermişdim. Bu cür hallar olanda biz də ziyana düşürük. Ancaq bütün bunlara qarşı dövlət nəzarəti olmalıdır. Əks halda bu cür dələduz şirkətlər daim öz fəaliyyətlərini davam etdirəcək. Təsəvvür edin ki, dələduzluqla məşğul olub əhalini aldadan bu cür adamların öz adlarına heç əmlakı, mülkü yoxdur. Bu cür adamlar arvadlarını boşayıb, sırf bu işlə məşğul olurlar. Onlar həbsxanaları da gözə alırlar. Hətta, həbsxanaya düşüb çıxandan sonra da yenə bu işlə məşğul olurlar.

– Bir neçə il öncə Azərbaycanda böyük səs-səda yaratmış "Xəzər adaları" layihəsi faktiki olaraq iflasa uğrayıb. Bu layihənin müəllifi olan tanınmış iş adamı Hacı İbrahim Nehrəmli işlərin qaydasında getməməsinin səbəbini Azərbaycanda baş vermiş devalvasiya ilə əsaslandırdı. Bəs siz necə düşünürsünüz?

– Bilirsiniz, hazırda Azərbaycanda həbsxanalar dələduz iş adamları ilə doludur. Çox təəssüf ki, bu cür halların qarşısı hələ də alınmayıb. Ona görə də belə hallar bu gün davam edir.

Bilirsiniz, bizim ən böyük bəlamız odur ki, hər yoldan keçən adama, vəsaiti olana da, olmayana da bina tikmək üçün icazə verilir. Təbii ki, bunun ən böyük acısını sıravi vətəndaşlar çəkirlər.
– Bəs sizə devalvasiyanın təsiri olubmu?

– Səmimi deyim ki, devalvasiya zamanı 1 manat itirsək də, 10 manat qazandıq. Çünki cənab Prezident İlham Əliyevin iş adamlarına güzəştlərin tətbiq edilməsi ilə bağlı qərarı bizə böyük üstünlük qazandırıb. İnanın ki, bu qərardan sonra bizə ömrümüzdə görmədiyimiz yerlərə sahib olduq. Qanuna edilən yeni əlavə və dəyişiklik tikinti şirkətlərinin işini rahatlaşdırıb. Əvvəl gedib köhnə mənzildə yaşayan sakinlərə nə qədər artıq pul təklif edirdinsə, o səninlə razılaşmaq istəmirdi, daha çox pul istəyirdi. Ancaq indi gedib istənilən pis vəziyyətdə olan binanın sakinlərinə qanunun tələblərinə uyğun olaraq mənzilin mövcud qiymətindən 25 faiz artıq pul verib, mənzili sökürsən. Onun yerində isə müasir və yeni bina tikirik. Bu yaxşı addımdır.

– Mənzil bazarında durğunluq hələ də davam edirmi?

– Xeyr, artıq durğunluq başa çatıb. Hazırda mənzil bazarında canlanma müşahidə olunur.

– Nə kimi yeni planlarınız var?

– Hazırda Türkiyədə çox gözəl və böyük evlər tikdiririk. Həmin evlərlə bağlı işlər çox yüksək səviyyədə davam edir. Azərbaycanda da pilot layihələrimiz var. Hazırda Bakının bir neçə yerində tikinti işləri həyata keçiririk. Biz də bu cür işlərlə dövlətimizə, millətimizə xidmət edirik. Hazırda daha çox Azərbaycanda tikinti işləri həyata keçiririk. Daha çox sərmayəni doğma Azərbaycana qoyuruq. Sonra isə Türkiyə və Rusiyada iş görürük. Türkiyədə üç yerdə böyük tikinti işləri həyata keçiririk. İstanbulda böyük layihələrimiz var. Şərtlərə əsasən, Türkiyədə dövlət bizə pulsuz torpaq ayırır, biz isə tikdiyimiz binanın gəlirlərinin 50 faizini dövlətə veririk.

– Türkiyənin tanınmış iş adamı Əli Ağaoğlu ilə şərik olmaq fikriniz varmı?

– Xeyr, Əli Ağaoğlu çox böyük iş adamıdır. Bizim ona çatmağımıza hələ çox var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1935   Tarix: 10 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 753
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 1162
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 21
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 379
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 937
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 369
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 301
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 348
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 352