Bu il nə qədər uşaq əcnəbilərə övladlığa verilib? Rəqəm AÇIQLANDI

Bu il nə qədər uşaq əcnəbilərə övladlığa verilib? Rəqəm AÇIQLANDI"Bu ilin ötən dövrü ərzində Azərbaycanda 6 ölkələrarası övladlığa götürmə prosesi həyata keçirilib". Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov bildirib.

O deyib ki, 2017-ci ilin 9 ayı ərzində komitə 6 uşağı ölkələrarası övladlığa götürmə prosesi ilə xarici ölkə vətəndaşlarına verib: "Uşaqları övladlığa götürən şəxslərdən 3-ü Rusiya, 1-i Gürcüstan, 1-i Almanya, 1-i Türkiyə vətəndaşı olub. Övladlığa götürən xarici vətəndaşların çoxu azərbaycanlılar olur. Almaniya vətəndaşı olan şəxs öz azərbaycanlı xanımının uşağını övladlığa götürüb".

Komitə rəsmisi xatırladıb ki, xarici vətəndaşların Azərbaycan vətəndaşı olan uşaqları övladlığa götürməsi məsələsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir: "Bu günə kimi komitənin rəyi ilə övladlığa verilən uşaqlar arasında geri qaytarılma halı olmayıb".

S.Məmmədovun sözlərinə görə, övladlığa götürməklə bağlı müraciət edənlər daha çox azyaşlı uşaqlar istəyirlər: "Müraciət edənlər 3-5 yaşa qədər olan uşaqlara üstünlük verirlər. Xarici vətəndaşlar çox vaxt uşağın cinsinə o qədər də önəm vermirlər, qız da, oğlan da ola bilər".

O bildirib ki, ölkə qanunvericiliyinə uyğun olaraq övladlığa götürən şəxslər 3 il ərzində 6 aydan bir Azərbaycan tərəfinə uşağın təhsili, inkişafı, sosial mühitə uyğunlaşması ilə bağlı hesabat təqdim edir: "Həmin hesabata 15 dəqiqəlik videoyazı və şəkillər də əlavə olunur. Üç ildən sonrakı müddətdə isə bu proses könüllüdür". ("Report")


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1100   Tarix: 10 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1877
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 816
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 779
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

17:50 0
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 227
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 373
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 227