Toyuna 1 həftə qalmış özünü öldürmək istəyən oğlandan YENİ XƏBƏR

Toyuna 1 həftə qalmış özünü öldürmək istəyən oğlandan YENİ XƏBƏR"Toyuna 1 həftə qalmış sirkə turşusu içərək intihar etmək istəyən Qax rayon Almalı kənd sakini Nofəl Yusifovun vəziyyəti ağır stabildir".

BiG.AZxəbər verir ki, bu barədə publika.az-a onun müalicə aldığı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

A.Maqsudov bildirib ki, krizisdən çıxsa da, o hələ də, danışa bilmir.

"Bir neçə qurtum sirkə turşusu içib və ağız boşluğu, qida borusu, mədəsi yanmışdı. Xəstəxanaya yerləşdiriləndə vəziyyəti ağır dəyərləndirildi, qanaxması var idi. Hazırda nisbətən vəziyyəti stabilləşsə də, danışmasına icazə vermirik. Çünki bu, zərərli ola bilər. Danışa bilmədiyindən özünü niyə öldürmək istədiyi barədə dəqiq məlumatımız yoxdur. Ola bilər ki, depressiya vəziyyətində olub".

Kənd icra nümayəndəsinin müavini Elçin Haqverdiyev Publika.az-a bildirib ki, ailə üzvləri onunla danışsa da, bu addımı atma səbəbini soruşmayıblar:

"İndi ailəni əsas maraqlandıran məsələ onun sağlığıdır. Çox danışdırmırlar, sadəcə bir neçə söz soruşurlar. Nofəlin bu addımı toylarını təxirə salsa da, qız evi ilə aralarında hər hansı narazılıq yoxdur. Həkimlər sağalması üçün azı 1 ay vaxt veriblər. Yəqin ki, tam sağalandan sonra nə üçün belə bir addım atması anlaşılacaq".

Qeyd edək ki, N.Yusifov oktyabrın 3-də sirkə turşusu içərək intihara cəhd edib. Ondan bir gün əvvəl isə qız toyu olub, dünən üçün isə oğlan toyu olmalı idi. Toyuna bir həftə qalmış onun belə bir addım atması ailəsi və kənd sakinlərini şoka salıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3061   Tarix: 09 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 415
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29.04.2024 1723
.

Naxçıvanda qadın intihar etdi

Naxçıvanda intihar hadisəsi olub. xəbər verir ki, hadisə şəhərin Əcəmi seyrangahı adlanan parkda qeydə alınıb. 52 yaşlı S.Tağıyeva burada çoxlu sayda dərman içərək özünü öldürmək istəyib. Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır

30.04.2024 350
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 798
.

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Xyber-Paxtunkhva əyalətində güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, güclü yağışlar nəticəsində 17 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Pakistanın "Associated Press of Pakistan" (APP) rəsmi xəbər agentliyi məlumat yayıb. Yağışlar səbəbində

30.04.2024 195
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30.04.2024 439
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

30.04.2024 147
.

Parisdə yanğın oldu: 3 ölü

Fransanın paytaxtı Parisdə binada yanğın olub. BİG.AZ xəbər verir ki, hadusə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yanğınsöndürən və polis cəlb olunub. Yanğın briqadaları müdaxilə edərək binanın 6-cı və 7-ci mərtəbələrini bürüyən yanğını söndürüblər. Məlumata görə, yanğın binanın 7-c

30.04.2024 130
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 358